25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AZAL “İnter”lə yoxlama oyunu keçirəcək

 

AZAL klubu Topaz Premyer Liqasında yaranmış fasilədən maksimim dərəcədə istifadə edəcək. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun www.pfl.az saytına verdiyi məlumata görə, son turda “Kəpəz” üzərindəki qələbədən sonra baş məşqci Vaqif Sadıqov komandaya 4 günlük istirahət verib. Mart 18-də yenidən toplanacaq komanda növbəti tura hazırlığa start verəcək. Qeyd edək ki, hazırlıq çərçivəsində AZAL martın 23-də “Şəfa” stadionunda “İnter”lə yoxlama oyunu keçirəcək. 

E.Yusifov AZAL klubunun hal-hazırda qarşısında duran məqsədlər haqqında da danışıb: “Əsas məqsədimiz ikinci altılıq oyunlarını ən yüksək səviyyədə keçirməkdir. Bu mövsüm yekunlaşdıqdan sonra isə növbəti mövsüm üçün klubun planları mətbuata bildiriləcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30