24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qəbələ”nin tarixinə düşən futbolçu: “Avropa Liqasında da öz sözümüzü deyəcəyik”

Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində keçirilən "Qəbələ" - "Bakı" (3:1) matçı "qırmızı-qaralar"ın azarkeşləri ilə yanaşı futbolçu Müşfiq Teymurov üçün də sevindirici və yaddaqalan oldu. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandasının heyətində 15-ci matçına çıxan "Qəbələ" Futbol Akademiyasının yetirməsi məhz sözügedən qarşılaşmada - "qırmızı-qaralar"ın tarixində ilk dəfə Avropaya vəsiqə qazandığı görüşdə qol hesabını açdı. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada  “Qəbələ” üçün qol vuran ən gənc futbolçu oldu.

Matçın ardından təəssüratlarnı gabalafc.az-la bölüşən Teymurov qələbəyə və qol hesabını açdığına görə sevincli olduğunu, qarşıda onları ciddi sınaqların gözlədiyini deyib:

"Əsas komandada qol hesabımı açdığıma görə çox sevinirəm. Bunun tarixi oyunda - avrokuboklara vəsiqə qazandığımız matçda olması mənim üçün ikiqat sevindiricidir. Mənə ən vacib oyunlarımızın birində fərqlənmək nəsib oldu. Həm klub rəhbərliyi, həm də komanda bizi avrokuboklara çıxaran bu qələbəni çoxdan gözləyirdi. İnşallah, Avropa Liqasında da öz sözümüzü deyəcəyik. Bu turnirdə bütün Azərbaycanı təmsil edəcəyimizdən, layiqli çıxış etməyə çalışacağıq. Avrokuboklara qədərsə daha bir ciddi sınağımız - Azərbaycan kubokunun final matçı var. Əgər mənə şans verilərsə, “Neftçi” ilə həmin oyunda da qol vurmağa çalışacağam. Məqsədimiz mövsümü ölkə kubokunun qalibi kimi başa vurmaq “Qəbələ”yə ilk titul qazandırmaqdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30