20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Xəzər Lənkəran” - “Qarabağ” oyunu Bakıda olacaq

MAYIN 17-də AĞDAM KLUBUNA ÇEMPİONLUQ KUBOKU VERİLƏCƏK
“Qarabağ”ın bu mövsüm Azərbaycan çempionu adını rəsmiləşdirməsi ilə əlaqədar komandanın Premyer Liqanın sonuncu - 36-cı turunda “Xəzər Lənkəran”la oyununun məkanı dəyişdirilə bilər.
 
Qol.Az-ın məlumatına görə, mayın 17-i Lənkəranda keçirilməsi nəzərdə tutulan bu matçın Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda təşkili nəzərdə tutulub.
 
Artıq bununla əlaqədar klublar arasında ilkin razılıq əldə olunub. Belə bir addım son turda “Qarabağ”a Bakıda, öz azarkeşləri önündə çempionluq kubokunun verilməsinə görə atılacaq.
 
Yaxın günlərdə bununla bağlı Peşəkar Futbol Liqasının rəsmi qərar verəcəyi gözlənilir.
 
Qeyd edək ki, son turun matçı “Xəzər Lənkəran” üçün də əhəmiyyət daşımadığından Cənub klubu “Qarabağ”la ev oyununun Bakıda keçirilməsinə razılıq verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30