28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Avrokuboklarda 17-ci təmsilçimiz

2014/15 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komandadan üçü müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 34-cü turunda “Bakı”nı 3:1 hesabı ilə məğlub edən “Qəbələ” qitə miqyaslı turnirlərə 3-cü vəsiqənin sahibi olub. Bunadək isə “Qarabağ”la “İnter” “dördlük”də yerini təmin etmişdi. Sonuncu 4-cü vəsiqə isə “Neftçi” ilə “Bakı” klublarından birinə qismət olacaq. “Ağ-qaralar” ya çempionatda daha yüksək pillədə qalsa, ya da kubokun finalında qalib gəlsə, Avropa Liqasında iştirak edəcək. “Bakı” isə qiyabi mübarizə aparacağı rəqibi ilə 5 xallıq fərqi aradan qaldırmalı, üstəlik “Neftçi”nin finalda “Qəbələ”yə uduzmasına ümid etməlidir.

3-cü vəsiqənin sahibi olan “Qəbələ” isə tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Əsası 2005-ci ildə qoyulan klub 9 yaşında qitə səhnəsinə çıxmaq hüququ əldə edib. Əyalət təmsilçisi avrokuboklarda çıxış edəcək 17-ci Azərbaycan klubu olacaq. Belə ki, indiyədək 16 komandamız ölkəmizi avrokuboklarda təmsil etmək imkanı qazanıb.

Bunlar paytaxt təmsilçiləri “Neftçi”, “Bakı” (əvvəlki “Dinamo”), “İnter” (əvvəlki “Xəzər Universiteti”), “Bakı fəhləsi”, AZAL (əvvəlki “Olimpik”), “Xəzri”, “Şəfa”, həmçinin “Qarabağ”, “Kəpəz”, “Karvan”, “MKT-Araz”, “Şəmkir”, “Simurq”, “Xəzər Lənkəran”, “Turan” və “Viləş” komandaları olub.

34-cü tur həm də Çempionlar Liqasında iştirak edəcək klubu müəyyənləşdirib. Məğlub olan “İnter” yenidən Avropa Liqasında, “Qarabağ” isə qitənin ən nüfuzlu klub turnirində oynayacaq. Əvvəllər 2 dəfə Kuboklar kuboku, 7 dəfə Avropa Liqası (əvvəlki UEFA kuboku), 1 dəfə İntertoto kubokunda çıxış edən ağdamlılar çempionların turnirində debüt edəcək. “Qarabağ” Çempionlar Liqasında Azərbaycanın 7-ci təmsilçisi olacaq. Bunadək “Neftçi”, “Kəpəz”, “Şəmkir”, “Bakı”, “İnter” və “Xəzər Lənkəran” burada mübarizə aparıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31