20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

İkinci çempionluq

Son 3 mövsümdə olduğu kimi yenə də Azərbaycan çempionu mövsüm başa çatmamış müəyyənləşdi. Futbolxeber.az-ın məlumatına görə, ardıcıl 3 dəfə “Neftçi” vaxtından əvvəl çempionluğun sevincini yaşamışdısa, Azərbaycan Premyer Liqasının 2013/14 mövsümündə “Qarabağ” qızıl medallara sahib çıxıb. Ağdam təmsilçisi 34-cü turda “İnter”i məğlub edib və bunun sayəsində son iki turun nəticələrindən asılı olmayaraq qızıl medallara yiyələnib.

Bu uğur “Qarabağ”ın Azərbaycan çempionatlarında 2-ci qələbəsidir. Ağdamlılar ilk dəfə 1993-cü ildə - 21 il əvvəl bunu bacarmışdı. Bununla da komanda qızıl medalların sayında eyni qədər uğuru olan “Şəmkir”, “İnter” və “Bakı”ya çatıb. Bu komandalardan başqa, “Neftçi” 8, “Kəpəz” 3,“Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə çempion olub. Əyalət təmsilçisi qızıl medallara sahib çıxmaqla son 6 mövsümdə çempion olan paytaxt təmsilçilərinin seriyasına da son qoyub.

Futbolçu kimi 4 dəfə Azərbaycan çempionu olan Qurban Qurbanov baş məşqçi postunda ilk dəfə bu uğura imza atıb. O, komanadsını ölkənin ən güclüsü edən 10-cu çalışdırıcı olub. Onlardan yalnız ikisi - Qurbanov və Arif Əsdov həm oyunçu, həm baş məşqçi kimi bu uğura sevinib.

Qeyd edək ki, cari mövsümdə 22-ci çempionat keçirilsə də, bunların 21-də qalib müəyyənləşib, biri isə yarımçıq dayandırılıb.

Mövsüm

çempion

Baş məşqçi

1992

“Neftçi”

Əhməd Ələsgərov

1993

“Qarabağ”

Ağasəlim Mircavadov

1993/94

“Turan”

Kazbek Tuayev

1994/95

“Kəpəz”

Mehman Allahverdiyev

1995/96

“Neftçi”

Kazbek Tuayev

1996/97

“Neftçi”

Kazbek Tuayev

1997/98

“Kəpəz”

Mehman Allahverdiyev

1998/99

“Kəpəz”

Mehman Allahverdiyev

1999/2000

“Şəmkir”

Ağasəlim Mircavadov

2000/01

“Şəmkir”

Ağasəlim Mircavadov

2001/02

yarımçıq dayandırılıb

 

2003/04

“Neftçi”

Kazbek Tuayev

2004/05

“Neftçi”

Ağasəlim Mircavadov

2005/06

“Bakı”

Böyükağa Hacıyev

2006/07

“Xəzər Lənkəran”

Ağasəlim Mircavadov

2007/08

“İnter”

Valentin Xodukin

2008/09

“Bakı”

Qyoko Haciyevski

 2009/10

 “İnter”

Kaxaber Sxadadze

2010/11

“Neftçi”

Arif Əsədov

2011/12

“Neftçi”

Böyükağa Hacıyev

2012/13

“Neftçi”

Böyükağa Hacıyev

2013/14

“Qarabağ”

Qurban Qurbanov

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30