28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İmamverdiyev və Mitreski 100-ə çatdı

Azərbaycan Premyer Liqasının 34-cü turunda AZAL-la qarşılaşan “Neftçi”nin iki futbolçusu yubiley matçını keçirib. Futbolxeber.az-ın məlumatına görə, İqor Mitreski və Cavid İmamverdiyev paytaxt klubunda 100-cü çempionat qarşılaşmasına çıxıblar.

Bu görüşədək Premyer Liqada hərəyə 99 dəfə “ağ-qaralar”ın şərəfini qoruyan cütlük yubiley matçında qolsuz heç-heçəyə şahid olub.

2008/09 mövsümündə Hans Yurgen Gedenin əsas komandaya cəlb etdiyi 18 yaşlı Cavid 6 ilə çatdığı 100 matçda 10 qol vurub. 2010/11 mövsümündə transfer olunan makedoniyalı müdafiəçi isə 1 dəfə rəqib qapısına yol tapıb.

1992-ci ildə start götürən ölkə çempionatları tarixində bunadək 17 futbolçu “Neftçi”də 100 və daha çox oyun keçirmişdi. Cavidlə İqor bu rəqəmi 19-a çatdırdı. Mitreski 2014-cü ildə 100-ə çatan Flavinyodan sonra “ağ-qaralar”ın heyətində 100-cü matçını qeyd edən 2-ci legionerdir.

Qeyd edək ki, Mitreskidən fərqli İmamverdiyev Premyer Liqada təkcə “Neftçi”də oynamayıb.

Cavid İmamverdiyev

mövsüm

Klub

oyun

qol

2008/09

Neftçi (Bakı)

6

 

2010/11

Neftçi (Bakı)

23

2

2011/12

Neftçi (Bakı)

23

-

2012/13

Neftçi (Bakı)

23

5

2013/14

Neftçi (Bakı)

25

3

 

Cəm

100

10

İqor Mitreski

mövsüm

Klub

oyun

qol

2010/11

Neftçi (Bakı)

30

1

2011/12

Neftçi (Bakı)

27

-

2012/13

Neftçi (Bakı)

27

-

2013/14

Neftçi (Bakı)

16

-

 

Cəm

100

1

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31