26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Tsxadadze: “Bizi ciddi qəbul etmirdilər...”

“Qarabağ”ı çempion olması münasibəti ilə təbrik edirəm. Mövsümü yaxşı keçirdilər, çempionluğa layiq idilər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü məşqçi ikinci yeri komandası üçün böyük uğur hesab edir: “Çoxlu qol epizodları oldu. Hesab 2-1 olduqdan sonra oyuna intriqa qayıtdı. “Qarabağ”ın üçüncü qolu isə həlledici oldu. Mövsümün əvvəlində iddialılar sırasında olsaq da, ilk 6 turdan sonra bizi ciddi qəbul etmirdilər. İkinci yer bizim üçün böyük uğur sayılacaq. Qarşıda bizi iki vacib oyun gözləyir, çalışmalıyıq ki, mövsümü ikinci pillədə başa vuraq. Artıq 5 mövsümdür ki, burada işləyirəm. Ölkə kubokundan başqa bütün titulları qazanmışam. Yaxşı komanda yaratmışıq. Buradan getməyim, bəlkə də, düzgün olmazdı. Amma indidən gedib-getməyəcəyimi dəqiq deyə bilmərəm. Hakimlik bir şey yox idi, “Qarabağ” bu mövsüm bizi 4 dəfə məğlub edib. Bizim 7 oyunluq qələbə seriyamız var idi. Obyektiv olmaq lazımdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30