19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tərlan Əhmədov: “Öz imicimiz üçün oynayırıq”

“4 heç-heçədən sonra qələbə qazanmaq istəyirdik. İddiamız yoxdur, öz imicimiz üçün oynayırıq. Qələbə qazanmaq istəyirdik, ilk hissədə çox istəkli oynadıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov hakimlik barədə danışmaq istəmədiyini bildirib: “Hakimlik barəsində heç nə deməyəcəm. Hər iki qırmızı dəqiq idi. Mən də qırmızı almışam, amma baxır nəyə görə. Murad Ağayev rəqib cərimə meydançasında, qapımıza təhlükə olmayan zamanda qayda pozuntusuna yol verdi. Qol vura bilmirik, bu, məni düşündürür. Komandada üç gənc futbolçudan biri mövsümü bitirib, ikisi isə cəzalı duruma düşdü. Gələn turda kimlə meydana çıxacağımı bilmirəm. Əvəzedici heyətdə istədiyim səviyyədə futbolçu yoxdur. Hərdən yerli futbolçuları çox qınayırıq, amma bu il gələn legionerlərin də səviyyəsi yüksək deyil. Yaradılan epizodlardan heç olmazsa birini vurmaq lazımdır. “Neftçi” bu gün yüksək səviyyədə oynadı. Bundan əvvəlki oyunlarda da bu cür oynasaydı çempionatda xal itkisinə yol verməzdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30