25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Böyükağa Hacıyev: “Qəbələ”nin bizi keçməsi müvəqqətidi”

“Qarşımıza qoyduğumuz məqsədə nail ola bilmədik. AZAL-la oyunda qələbə qazanmaq istəyirdik, alınmadı. Heyətdəki çatışmazlıqlar özünü göstərdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev üçüncü yeri tutmaq üçün mübarizə aparacaqlarını qeyd edib: “Araz Abdullayev və Ernest Nfor oynamırdı, buna baxmayaraq, Samir Məsimovun xoş təsir bağışladığını qeyd etməliyəm. Komandaya demişdim ki, bu iki oyunda qələbə qazansalar son turda onları Zaqatalaya səfər etməkdən azad edəcəm. Ora əvəzedici heyətlə getməyi, əsas heyətə kubok öncəsi istirahət verməyi düşünürdüm. Amma mübarizə sona kimi davam edəcək. “Qəbələ” bizi turnir cədvəlində keçdi, bu, müvəqqətidir. Gələn turda “İnter”lə qarşılaşacaqlar. Biz isə “Rəvan”ı udmağa çalışacağıq. Üçüncü yer uğrunda mübarizə Zaqatalada yekunlaşacaq. Əsas vəzifəmiz kuboku qazanmaqdır. Komanda bu gün yaxşı mübarizə apardı, amma məqsədimizə nail ola bilmədik. Son vaxtlar fərqli heyətlərlə oynayırıq, istədiyimiz effekti ala bilmədik. Cinahlardan hücum etməyi tapşırmışdım. Çünki, rəqib azlıqda qaldıqdan sonra əsasən müdafiənin mərkəzində toplaşmışdı. Təəssüf ki, uşaqlar deyilən tapşırıqları yerinə yetirə bilmədilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30