26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Azərbaycan futbolunda daha bir saxtakarlıq

AFFA və Bakcell şirkətinin birgə əməkdaşlığı çərçivəsində İngiltərənin "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində iştirak edə bilmək üçün Bakıda və respublikanın bir neçə bölgəsində seçim turları təşkil olunur. Bu gün Tovuz rayonunda uşaqların seçim mərhələsi başa çatıb.

AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilər 8 yaşından 12 yaşınadək oğlan və qız uşaqları arasında “seçim ediblər”.

“Day-day” məsələsi AFFA və Bakcelin bu layihəsində də özünü göstərib. Əslində bu seçimə Tovuz kimi futbol ənənələri olan bir yerdən başlanılması alqışlanmalı haldı. Təşkilatçılıq baxımından hər şey yüksək səviyyədə təşkil edilmişdi. Lakin hər şeyi məhv edən qərar sonda verildi. Belə ki, seçimlərə qatılan 60 uşaqdan cəmi 3 nəfər məşqçilərin “gözünə girə bilib”. 59 tovuzlu uşaqdan 2-si final mərhələsinə qatılmağa haqq qazanıb. Sonuncu namizəd isə İmişli şəhərindən gələn bir uşaq olub. Burada qeyri-adi heç nə görünəməsə də əslində saxtakarlıq elə buradadı. Çünki həmin uşaq seleksiyaçı məşqçilərin arasında olan əslən İmişlidən olan Ələmdar Mustafayev adlı məşqçinin təkidi ilə seçilib. Çünki o uşaq İmişli Olimpiya Kompleksinin müdirinin oğludur . Bu qədər bəsitdir saxtakarlıq edib “hamam suyu” ilə özünə dost tutmaq? Axı bu seçimləri AFFA-nın klublara təyin etdiyi əcnəbi idman direktorları aparmalı idi? Niyə hansısa məqsədi olmayan bir əcnəbi yox məhz hansısa məqsəd güdən biri etməlidir? Müxtəlif rayonlardan olan seleksiyaçı məşqçilərin hərəsi öz rayonundan çox uşağın seçilməsi üçün yüz hoqqdan çıxırlar. Futbolun beşiyi Tovuzdan 2 uşaq seçilib. O boyda futbol rayonuna 2 yer ayırmaq gülməli deyilmi? Azı 6 uşaq seçilməliydi. Amma Rafiq Bağırov Qax rayonu üçün 1, Sabir Əiyev Sumqayıt üçün bir yer “bron” edib. Bu saxtakarlıqla kimləri aldatmaq istəyirlər?




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30