16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Şəhriyar Əliyev: “Avroliqaya yollanmaq üçün sona kimi mübarizə aparacağıq”

“Bakı”nın müdafiəçisi, ilk dəfə milli komandamıza dəvət alan Şəhriyar Əliyev Futbolxeber.az saytına müsahibə verib.

- İlk dəfə olaraq milliyə dəvət aldın. Hansı hisslər keçirirsən?

- Milliyə dəvət almaq çox sevindiricidir. İlk dəfə olacaq. Bu səbəbdən də əlimdən gələni edəcəm ki, gələcəkdə millinin əsas heyət üzvlərindən biri olum. 

- Bu dəvəti gözləyirdinmi?

- Bir gün dəvət gələcəyini gözləyirdim..

- Millidə sənin mövqeyində təcrübəli futbolçular oynayır. Onlarla rəqabət aparmaq çətin olmayacaq ki?

-Düzdü, müdafiədə təcrübəli oyunçular var. Ciddi rəqabət olacaq. Amma mən də çalışacağam ki, millinin əsas üzvlərindən biri olum.

- Debüt oyunun ABŞ-la matça təsadüf edə bilər. Bu məqam səni həyəcanlandırmır?

- Bəlkə də əsas millidə ilk dəfə oynayacağım üçün həyəcan ola bilər. Bununla belə, şans verilsə, əlimdən gələni edəcəyəm ki etimadı doğruldum.

- ABŞ kimi güclü komandayla səfər oyununda millimiz hansı nəticəyə ümid edə bilər?

- Yoldaşlıq görüşü olsa da, çətin oyun olacaq. İnşallah, çətin olsa da, yaxşı nəticə qazanarıq.

- Bir qədər də “Bakı” haqda danışaq. Son turda “Qarabağ”la qolsuz bərabərə qaldınız. Necə düşünürsən, "Bakı" həmin oyunda 1 xal qazandı, yoxsa 2 xal itirdi?

- Belə deyək də, həm 2 xal itirdik, həm də 1 xal qazandıq.

- Baş məşqçiniz Milinko Pantiç oyundan sonra "nəticədən çox razıyam" dedi. Belə çıxır ki, liderlə oyunda 1 xal “Bakı” üçün maksimum nəticədir?

- Yox, maksimum deməzdim. Sadəcə, zədəli oyunçularımız çoxdur. Belə məqamda liderdən 1 xal almaq yaxşı nəticədir.

- Pantiçin bir açıqlaması da geniş müzakirə olunur. Baş məşqçiniz “Bakı”nın avrokuboklara hazır olmadığını düşünbür. Komandanın üzvü kimi sən nə deyə bilərsən, həqiqətənmi “Bakı” bugünkü gündə Avroliqada oynamağa hazır deyil?

- Avropaya yollansaq, başqa cür olar. Komandamız yaxşı durumdadır.

- Növbəti turda “Qəbələ”ylə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsən?

- Çox çətin youn olacaq. Avroliqaya yollanmaq üçün şansımız qalır. Bu səbəbdən də sona kimi mübarizə aparacağıq. Yalnız qələbələ qazanmalıyıq.

- Sona 3 tur qalmış üçüncü pillədən 4, dördüncü yerdən 3 xal geri qalırsız. “Bakı”nın Avroliqaya yollanmaq şansı nə dərəcədə realdır?

- Çətindir. Amma çalışacağıq ki, sona kimi oynayaq, görək necə olur.

- Son zamanlar “Bakı”da ciddi maliyyə problemləri olduğu deyilir. Komandanın uğursuzluğunu məhz bu məqamla əlaqələndirmək olar?

- Belə deməzdim. Nəsə oyunumuzda problem var. Klubda ciddi problem yoxdur, yavaş-yavaş hər şey düzəlir.

- Məşqə oyun formasinda çıxmağınız da çox müzakirə olunur....

- Əsas odur ki, “Bakı”nın formasıdır.

- Təbii ki, orası elədi. Bəs, mətbuatda bu cür xəbələri oxumaq futbolçulara necə təsir edir?

- Çox şey deyilir, çox şey yazılır. Amma biz bunlara fikir vermirik. Ancaq başımızı aşağı salıb, öz işimizi görürük.

- Mövsüm artıq sona yaxınlaşır. “Bakı” ilə müqavilən nə zaman başa çatır?

- Hələ 1 illik müqaviləm var. Sözləşməm gələn yayda bitir.

- Deməli növbəti mövsümdə də “Bakı”nın uğurları üçün çalışacaqsan?

- Çox güman ki...

- Başqa klublardan təkliflər var?

- Mənə bu haqda bir şey deyən olmayıb. Hazırda “Bakı”nın üzvüyəm və məni başqa heç nə düşündürmür. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30