29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mustafa Dənizli: “Əsas olan mətbuatın yazdığı yox, mənim dediklərimdir”

Hazırda İstanbulda olan “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Futbolxeber.az saytına eksklüziv müsahibə verib.

- “Xəzər Lənkəran”dan ayrılaraq, İstanbula gəlməyiniz bir çox söz-söhbətlərə yol açdı. Komandadan ayrılacağınız da deyilir...

- Bütün bunlar yalandır. Komandadan getmirəm. Gələn il də “Xəzər Lənkəran”ı çalışdıracağam. Siz dedi-qodulara fikir verməyin.

- Deməli, növbəti mövsümdə də komandanı çalışdıracağınız dəqiqdir.

- Əlbəttə. Onsuz da bizim əsas planlarımız gələn mövsümlə bağlıydı. Düzdür, bu mövsüm bacardıqca kubokda uğur qazanıb, Avroliqaya yollanmaq istəyirdik. Lakin alınmadı. Əsas hədəfimiz növbəti mövsümdür. İnşallah qarşıdakı mövsümdə uğur qazanacağıq.

- Bəs, İstanbula yollanmağınızın səbəbi nə idi?

- Həm şəxsi işlərim vardı, həm də klubla bağlı məsələlərə görə. Artıq indidən yeni mövsümün planlarını cızırıq.

- Bu gün “Xəzər Lənkəran”ın sahibi Mübarizə Mənsimovla görüşəcəyiniz deyilirdi. Görüş artıq baş tutubmu?

- Əslində, biz Mübariz bəylə mütəmadi olaraq görüşürük. O klubun sahibidir və görəcəyimiz işləri birgə müzakirə edirik. İstər yeni mövsüm öncəsi hazırlıq planı olsun, istər transferlər. Bu barədə başqanımızla tez-tez fikir mübadiləsi aparırıq.

- Yeni mövsümlə bağlı planlardan danışdınız. Yeni mövsümə komandanın harada hazırlacağı artıq bəllidir?

- Bəli, Avstriyada hazırlıq keçəcəyik. Yeni mövsümə orada hazırlaşacağımız dəqiqdir. Tezliklə klub nümayəndələri ilə birgə şəxsən özüm də Avstriyaya yollanacağam. Vəziyyətlə yerində tanış olacağıq.

- Bəs, transferlərlə bağlı nə yeniliklər var?

- Gözaltı etdiyimiz oyunçular təbii ki, var. Xüsusən də yerli futbolçular. Bildiyiniz kimi, yerli oyunçu baxımından sıxıntılarımız var idi. Növbəti mövsümdə də bu cür problemlə qarşılaşmaq istəmirik. Ona görə indidən fəaliyyətə başlamışıq.

- Maraq dairənizdə olan futbolçuların adlarını açıqlaya bilərsiniz?

- İndidən nəsə deməyim düz olmaz. Danışıqlar gedir. Vaxtı çatanda hər şeyi biləcəksiniz.

- Komandadan gedəcək futbolçuların siyahısı artıq bəllidir?

- Təbii ki, gələnlər varsa gedənlər də olacaq. Axı xeyli futbolçunun komandada saxlamaq qeyri-mümkündür. Buna görə də şübhəsiz komandanı tərk edənlər də olacaq.

- Kimlər məsələn?

- Gəlin, tələsməyək. Qarşıdakı hələ bir neçə oyun var. 10-15 gündən sonra hər şeyi biləcəksiniz.

 - Siz ad açıqlamasanız da mətbuatda bir çox futbolçunun adı hallanır...

- Siz mətbuatda yazılanları əsas götürməyin. Əsas olan mətbuatın yazdığı yox, mənim dediklərimdir (gülür).

- Sizin yoxluğunuzda “Xəzər Lənkəran” “Rəvan”ı darmadağın etdi.

- Mən həmin gün komandanın yanında olmasam da, köməkçilərim ordaydı. Bizim məşqçilər korpusumuz var və proqrama uyğun olaraq fəaliyyət göstəririk. Komandanın qələbə qazanmasına təbii ki, çox sevindim.  

- Son olaraq. Azərbaycana nə vaxt qayıdacağınız bəllidir?

- Cümə axşamı Azərbaycanda olacağam. Böyük ehtimalla, cümə günü də mətbuat konfransı keçirəcəyəm. Orada gələcəklə bağlı planlarımız barədə daha ətraflı məlumat verəcəyəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31