20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA İntizam Komitəsinin iclası keçirildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

1 may 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun “Neftçi” – “Qəbələ” matçının 56-cı dəqiqəsində “Qəbələ” klubunun 96 №-li futbolçusu Vəzir Musayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

“Qəbələ” klubunun nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur (maddə 65).

1 may 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun “Simurq” – AZAL matçının 76-cı dəqiqəsində “Simurq” klubunun 20 №-li futbolçusu Arzuman Nəsibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

1 may 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun “Xəzər Lənkəran” – “Rəvan” matçının 75-ci dəqiqəsində “Rəvan” klubunun 30 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

1 may 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun “Bakı” – “Qarabağ” matçının 31-ci dəqiqəsində “Qarabağ” klubunun 17 №-li futbolçusu Təmkin Xəlilzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 31-ci dəqiqəsində “Bakı” klubunun 19 №-li futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 41-ci dəqiqəsində “Bakı” klubunun 1 №-li futbolçusu Elxan Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

2 may 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun “Şəmkir” – “Araz Naxçıvan” matçının 12-ci dəqiqəsində “Araz Naxçıvan” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 100 manat cərimə olunur (maddə 52).

4 may 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun “Ağsu” – “Lokomotiv” oyununun 90-cı dəqiqəsində “Lokomotiv” klubunun 24 №-li futbolçusu Çingiz Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

4 may 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun “Qaradağ Lökbatan” – “Karvan” oyununun 63-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 30 №-li futbolçusu Taleh Muradov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

4 may 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun “Mil-Muğan” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30