24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Foqtsun tapıntısı kimdir?

Milli komandamızın baş məşqçisi Berti Foqts bu gün ABŞ-a qarşı keçiriləcək yoxlama oyunu üçün heyəti açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, alman mütəxəssisin dəvət göndərdiyi futbolçular arasında yeni sima da var. Söhbət Dmitri Nazarovdan gedir.

Dmitri Nazarov 1990-cı ilin 4 aprelində Krasnoarmeyskdə, Qazaxıstanda anadan olub. Daha sonra Almaniyaya üz tutan Nazarov futbolun sirlərinə də elə burada yiyələnib. Ilk olaraq “Varmotia Vorms”un gənclər komandasında çıxış edən Nazarov, 2009-cu ildə “Kayzerslautern”ə üz tutub. 2009-2010 mövsümünü bu klubun ikinci komandasında keçirən Dmitri 22 oyunda 2 qol vurub. 2010-2012-ci illərdə “Ayntraxt”ın (Frankfurt) ikinci komandasında çıxış edən futbolçu burada 39 oyunda 11 qol vurduqdan sonra üçüncü liqa təmsilçisi “Preusen Munster”ə üz tutub. Ötən mövsüm 36 oyuna çıxan gənc forvard 6 dəfə rəqib qapılarına yol tapıb. Cari mövsümdən isə Nazarov II Bundesliqada mübarizə aparan “Karlsrue”nin şərəfini qoruyur. 33 turdan sonra 5-ci pillədə qərarlaşan “Karlsrue”də isə Nazarov 17 oyuna çıxıb və 5 qol vurub. O, bu komandadakı sonuncu qolunu martın 9-da “Paderborn”a qarşı baş tutan oyunda vurub. Özü də hücumçu 69 və 84-cü dəqiqələrdə vurduğu qollarla dubl edərək, komandasının qələbəsində böyük pay sahibi olub. Nazarovun həmin qollarını təqdim edirik:




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30