28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elxan Məmmədova aid olmayan iş (SİTAT)

AFFA baş katibi Elxan Məmmədovun “Associated Press” agentliyinə müsahibə verməyindən xəbərdar olanlar xəbərdardır. Bir balaca da xəbərdarlığınızı genişləndirib bildirək ki, bu cür müsahibələr kommersiya xarakterlidir. Yəni məşhur agentlik bizim futbol qurumuna gördüyü hansısa xariqüladə işə görə heyran qalıb müsahibə götürmək qərarına gəlməyib, müəyyən maddi öhdəliklər kompleksi var, yerinə yetirirsən, görülən hansısa işi çıxıb orda danışırsan; mütləq də hansısa məqamda Avropa mühüm məxluq kimi təqdim edilməli və s.

Məsələnin bu yanından yox, Məmmədovun müsahibəsindən bir sitatı ovxalamaq istədik. Belə deyir: “Düşünürəm ki, Çempionlar liqasının qrup mərhələsinə düşmək bizim üçün tamamilə realdır”.

Bəli, bu, mümkündü. “Neftçi” Avropa Liqasının qrupuna düşdü, niyə də builki çempion ÇL-in qrupuna düşməsin və s. Ancaq sual yaranır: bu işdə AFFA-nın nə rolu? Yəni Məmmədov “bizim sayəmizdə”, “biz də rol oynayırıq” qismindəmi deyir bu haqda fikirləri...

Qətiyyən. AFFA bu işə yalnz mane olan davranmışlarıyla yadda qalıb. Elə adi limit məsələsində tez-tez əndirabadi dəyişiliklərin inkişafa vurduğu zərbəni təhlil eləyəndə qurumun hətta şəxsi mənafelərçün klubların qarşısına necə süni sədd çəkdiyinin mahiyyətinə varmadığını ortaya çıxarmaq olar.

Rövnəq Abdullayevin səlahiyətlərini yerinə yetirən Elxan Məmmədov 2005-ci ildə tətbiqə təsdiq edilən futbolun inkişafına dair dövlət proqramının əsas müddəalarını indi-indi ala-bula həyata keçirtməyə cəhd göstərir (Məsələn, klublara idman direktorlarının (onlar da əcnəbi) təyinatı kimi gecikmiş, məntiqi görünməyən və hiss edilməyən qərar). Adamın futbolyönlü idarəçilikdə yarıtmaz olduğunu, onun sırf futbol qərarlarında yeknəsək mövqeyinin rol oynamasının hətta faciəvi nəticələrə gətirə biləcəyi isə dəfələrlə bildirilib.

Azərbaycan klubunun ÇL-in qrupuna düşməy barədə  Məmmədov yalnız bir azarkeş, vətəndaş kimi (iddialı) danışa bilər.

Məmmədov yuxarılara və ya haralarasa sevimli kadrdısa, bu, onun faydalı ola biləcəyi yerin səhv salınmasına əsas vermir. O, xarici əlaqələr departamentində çalışa bilər və faydalı olar. Ancaq AFFA-nın baş katibi olmaqçün futbol duyumunun yetmədiyi keçən illlərdə kifayət qədər görünüb.

ÇL-ə, AL-ə hansısa Azərbaycan klubu uğurlu başlayıb, qrupa düşərsə, bir daha təkrarlamağa gərək var: bu nəticələrdə AFFA-nın rolunun qabardılması saxtakarlıq olardı. Mexanizm və reallıq bunu deyir.

Elçin CƏLİLOV, Futbolpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31