25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Syominlə 50-ci qol - Uğurlu seriya təkrarlandı

Azərbaycan Premyer Liqasının XXXIII turunda “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən “Qəbələ” mövsümdə ən uğurlu seriyasını təkrarladı. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, V-VII və XIV-XVI turlarda 3 qələbəni sıralayan Yuri Syominin yetirmələri mövsümdə 3-cü dəfə belə uğura imza atdı. Bu qələbə ilə komanda “ağ-qaralar”la matçlardakı uğursuz seriyaya son qoydu. Ardıcıl 3 dəfə uduzan, son 5 görüşdə qalib gələ bilməyən “Qəbələ” 2012-ci il noyabrın 3-də qeydə alınan qələbədən 545 gün sonra qalib gəldi.

Qazanılan qələbə sayəsində “Qəbələ” sona 3 tur qalmış çempionatdakı ən yüksək nəticəsini təmin etdi. Belə ki, “qırmızı-qaralar” ən pis halda, çempionatı 5-ci pillədə başa vuracaq. Bu isə 2011/12 mövsümünə təsadüf edən rekordun təkrarı olacaq. Daha yüksək yerlər uğrunda mübarizə aparan Syominin komandası 3 və ya 4-cü yeri tutmaqla isə tarixinin ən yaxşı nəticəsini göstərəcək.

Luis Hilario bakılılarla qarşılaşmalarda 4-cü qolunu vurub bu duellərdə “qırmızı-qaralar”ın ən məhsuldar oyunçusu oldu. Lorenzo Ebesilio isə mövsümün 4 görüşündən 3-də bakılıları məyus edib. Ən maraqlısı isə bu 4 matçın hamısı eyni – 2:1 hesabı ilə başa çatıb. 3 dəfə paytaxt klubu, 1 dəfə qəbələlilər qalib gəlib.

Lorenzo Ebesilionun vurduğu qol “Qəbələ”nin Yuri Syominin rəhbərliyi altında vurduğu 50-ci qol oldu. Bu topların 42-si Premyer Liqa, 8-i kuboka təsadüf edib.

“Qəbələ” bir çempionatda qazanılan qələbə (16), və qazanılan xal (54) sayında mütləq rekorda imza atdı. Komanda 2011/12 mövsümündəki 15 qələbə və 52 xal rekordunu üstələdi.

Səfərdə qol sayını 21-ə çatdıran Syominin komandası 2011/12 mövsümündəki 19 qolluq rekordu yenilədi.

“Qəbələ”də 18-ci qolunu vuran Luis Hilario Kənan Kərimova çatdı. İndi braziliyalı yalnız Viktor Mendi (24) və Rövşən Əhmədovdan (20) geri qalır. Premyer Liqada isə Luis Hilario 16 qolla 2-ciliyi bölür. O, özü ilə eyni sayda qol vuran Yannik Kamananla birlikdə yalnız Mendidən (20) geri qalır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30