29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

İngiltərənin məşhur qəzeti “Land of fire Azerbaijan”dan yazdı

"THE GUARDİAN": "ATLETİKO"NUN UĞURU HƏM DƏ AZƏRBAYCANLA BAĞLIDIR"
İngiltərənin məşhur “Guardian” qəzetində jurnalist Ouen Gibsonun “Çelsi” üzərindəki qələbədən sonra Madridin “Atletiko” klubunun Çempionlar Liqasının finalına vəsiqə qazanması ilə bağlı yazısı dərc edilib.
 
Qol.Az-ın xəbərinə görə, “Azərbaycanın “Atletiko”ya sponsorluğu heyranedici uğurun sübutudur” başlıqlı yazıda hər iki tərəf arasında 2013-cü ilin əvvəlində imzalanmış əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən və bundan sonra Madrid komandasına əldə etdiyi nailiyyətlərdən bəhs olunur.
 
“Atletiko”nun ÇL-in finalına vəsiqə qazanması “Stemford Bridj”də ispan fanatlarla yanaşı, Azərbaycanın paytaxtı Bakıda da futbol azarkeşlərinin də sevincinə səbəb oldu” – deyə yazıda vurğulanır.
 
Ouen Gibson qeyd edir ki, əla oyunları ilə diqqət çəkən “Atletiko”nun bu mövsümü Çempionlar Liqasının və İspaniya çempionatının qalibi kimi tamamlamaq imkanı var: “Atletiko”nun bu uğurları həm də varlı neft ölkəsi olan Azərbaycanın sponsorluğu nəticəsində gerçəkləşib”.
 
İngilis jurnalistin fikrincə, Azərbaycanın “Atletiko”ya sponsorluq etməsi ölkənin doğru idman siyasətinin və düzgün investisiya yatırmasının göstəricisidir.
 
“Atletiko”nun oyunlara üzərində “Land of fire Azerbaijan” sözləri yazılan formayla çıxması Azərbaycanın beynəlxalq arenadakı inkişafının bir hissəsidir: “Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə namizədliyini irəli sürmüşdü. Ölkə “Eurovision” yarışını qəbul edib, gələn il isə Bakıda birinci Avropa olimpiya oyunları keçiriləcək”.
 
Yazı müəllifi bildirir ki, formaların üzərində ölkələrin adlarının yazılması həm də diplomatik silahdır. Diqqəti Qətərin sponsoru olduğu “Barselona” və PSJ-yə yönəldən Ouen Gibson bildirir ki, bu sahədə cari mövsüm ən ciddi uğuru Azərbaycan əldə edə bilər.
 
Qeyd edilir ki, bu sponsorluqdan bir mövsüm ərzində “Atletiko” 12 milyon avro gəlir götürüb: “Amma iki tərəf arasında imzalanmış müqavilə təkcə titul sponsorluğunu deyil, həm də strateji əməkdaşlığı nəzərdə tutur: “Bu əməkdaşlıq çərçivəsində ötən il “Atletiko” Bakıya səfər etdi. Bundan başqa, müqaviləyə uyğun olaraq, Azərbaycanın yeniyetmə futbolçuları “Atletiko”da hazırlıq keçiblər”.
 
Yazıda “Atletiko”nun prezidenti Enriko Seresonun fikirlərinə də yer verilib. O deyib ki, bu əməkdaşlıq Azərbaycanla İspaniya arasında münasibətlərin inkişafına fayda verib: “Bu əməkdaşlıq həm də Azərbaycanın dünyaya daha da tanıdılması baxımından əhəmiyyətli oldu”.
 
Yazı müəllifi “Atletiko”lu rəsmilərə istinadən bildirir ki, Azərbaycanla imzalanmış müqavilə ənənəvi əməkdaşlıqdan daha üstündür: “Formamızın üzərində Azərbaycanın adının yazılması bizim tərəfimizdən atılmış xeyirxah bir addımdır və bu münasibətlər ənənəvi sponsorluq dəstəyindən daha irəli gedir”.
 
Sonda yazı müəllifi qeyd edib ki, əgər “Atletiko” Lissabondakı final matçında “Real”a qalib gəlib Çempionlar Liqasının kubokunu qazansa, o zaman bu zəfər təkcə Portuqaliyanın və İspaniyanın paytaxtında deyil, həm də Xəzər dənizininin sahilindəki Bakıda da qeyd ediləcək.
 
Xatırladaq ki, "Atletiko" "Land of fire Azerbaijan" sözləri yazılan formayla oyunlara 2013-cü ilin martında "Bakı" klubu ilə imzalanmış əməkdaşlıq müqaviləsindən sonra çıxmağa başlayıb. Bu yaxınlarda müqavilənin müddəti 2016-cı ilin yanvar ayına qədər uzadılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31