19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Azərbaycan “Atletiko”ya düşərli oldu

2013-cü ilin əvvəlində “Bakı” və “Atletiko” arasında imzalanmış əməkdaşlıq müqaviləsi Madrid təmsilçisi üçün düşərli olub.
 
Qol.Az-ın xəbərinə görə, oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan – red.) sözləri yazılan formalarla çıxan Dieqo Simeonenin komandası son son 18 ildə tarixinin ən uğurlu mövsümünü keçirir.
 
Qeyd edək ki, “Bakı” klubunun və “Baghlan group”un prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə ötən ilin mart ayının əvvəlində Azərbaycanla “Atletiko” arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Atletiko” bütün rəsmi matçlara - İspaniya çempionatı və kuboku, həmçinin avrukobokların oyunlarına “Land of fire Azerbaijan” formaları ilə çıxır. Eyni zamanda bu əməkdaşlıq Azərbaycanın yeniyetmə futbolçularının “Atletiko”da təcrübə keçməsini nəzərdə tutur. Müqavilənin imzalanma mərasimindən iki ay sonra – apreldə “Atletiko” Azərbaycana gələrək “Bakı” klubu ilə yoxlama oyunu keçirib. Səfər zamanı Madrid klubunun rəhbərliyi, məşqçiləri və futbolçuları prezident  İlham Əliyevin qəbulunda olub. Görüşdə tərəflər bu əməkdaşlıqdan məmnun qaldıqlarını ifadə ediblər.
 
Qeyd edək ki, elə həmin mövsümün (2012-13) yekununda “Atletiko” 15 illik fasildən sonra İspaniya çempionatında mükafatçılar sırasında yer alıb. Madrid komandası “Barselona” və “Real”dan sonra turnir cədvəlində üçüncü pilləni tutub.
 
Lakin “Atletiko” bu mövsüm daha uğurlu çıxışı ilə diqqət çəkir. Dieqo Simeonenin yüksək ustalığı sayəsində, heyətində ulduz futbolçuların kasadlığına baxmayaraq, “Atletiko” İspaniya çempionatında liderliyini qoruyur, dünən isə komanda Londonda “Çelsi”ni mübarizədən kənarlaşdırmaqla Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Müqayisə üçün deyək ki, “Atletiko” sonuncu dəfə indiki Çempionlar Liqası finalında düz 40 il əvvəl oynayıb. 1973-74-cü il mövsümündə o vaxt Çempionlar kuboku adlanan bu yarışda Madrid təmsilçisi “Bavariya”ya uduzaraq ikinci yeri tutub.
 
“Atletiko”nun Avropa kuboklarının finalında oynadığı növbəti qarşılaşma isə 1985/86-cı il mövsümün təsadüf edir. Madrid təmsilçisi həmin qarşılaşmada isə Sovet futbolunun əfsanəvi məşqçilərindən olmuş Valeri Lobanovskinin baş məşqçisi olduğu Kiyev “Dinamo”suna UEFA Kuboklar kubokunun həlledici görüşündə uduzaraq (0:3) yenə ikinci olub. İki il əvvək isə Avropa Liqasının finalında İspaniya "Atletik"inə 4:0 hesabı ilə qalib gələn "Atletiko" yarışın qalibi adını layiq görülüb. UEFA superkubokunda isə komanda "Çelsi"ni eyni hesabla məğlub etmişdi.
 
Lakin bu mövsüm parlaq çıxışı ilə diqqət çəkən Madrid təmsilçisi mayın 24-də Lissabon şəhərində baş tutacaq “Real”la final görüşündə qalib gəlmək şansı az deyil. Bundan başqa, elə həmin “Real”ı və dünya futbolunun digər nəhəngi – “Barselona”nı turnir cədvəlində geridə qoyan “Land of fire Azerbaijan” formalı komandanın La Liqanın da çempionu olmaqla dubl etmək imkanı var.
 
Yeri gəlmişkən, “Atletiko” sonuncu dəfə İspaniya çempionatının qızıl medalını 18 il əvvəl – 1995-96-cı ildə qazanıb (bu, onların doqquzuncu çempionluğu olub). O vaxtdan düz ötən mövsümə qədər isə “Atletiko” uğursuzluq zolağına düşərək bir dəfə də olsun mükafatçılar sırasında yer ala bilməmişdi.
 
Lakin Dieqo Simeonenin gəlişindən, eyni zamanda Azərbaycanın sponsorluğundan sonra “Atletiko” xüsusi ilə 2013-14 mövsümündə fantastik çıxışı ilə dünya futbolunun rəğbətini qazanıb. Komanda La Liqada keçirdiyi 35 oyunun cəmi 3-də uduzub, 28 qələbə və 4 dəfə heç-heçə edib. Rəqib qapısına 75 qol vuran “Atletiko” öz qapısından 22 qol buraxıb. Bunun sayəsində Madrid təmsilçisi İspaniya çempionatında ən az qol buraxan komandadır. Çempionlar Liqası yarışında isə bu mövsüm keçirdiyi 12 oyundan 9-da qələbə qazanan “Atletiko”, üç oyunda da heç-heçə edib. Göründüyü kimi, komandanın Avropa ən nüfuzlu turnirində də məğlubiyyəti yoxdur.
 
Qeyd edək ki, qeyri-rəsmi xəbərlərə görə, Azərbaycanla əməkdaşlıqdan “Atletiko” bir mövsüm ərzində 20 milyon avro gəlir əldə edir. Bu sponsorluq ölkəmizin Avropada təbliğatı baxımından müstəsna əhəmiyyət daşıyır. 
 
Tərəflərin bu münasibətlərdən məmnun qaldığı bir müddət əvvəl bir daha sübut olunub. Təsadüfi deyil ki, bu ilin mart ayının əvvəllərində “Bakı” və “Atletiko” klubları əməkdaşlıq sazişinin müddətini 2015-ci ilin sonuna qədər artırıblar. Bu isə o deməkdir ki, “Atletiko” ən azı 2016-cı ilin yanvar ayına qədər oyunlara “Lanf of fire Azerbaijan” formaları ilə çıxacaq.
 
Azərbaycan “Atletiko”ya düşərli oldu
 
 
 
 
 
 
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30