20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Səlahət Ağayev: “Erkən qol çox kömək etdi”

“İnter”in qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, gənc qolkiper həm son turda “Xəzər-Lənkəran”a qarşı keçirilən oyun, həm də növbəti turda “Sumqayıt”la baş tutacaq görüş haqqda fikirlərini bölüşüb: “Xəzər-Lənkəran”la oyun asan olmadı. Bizə erkən qol çox kömək etdi, ondan sonra biz daha inamla oynamağa başladıq. Ümumiyyətlə, son 3 turda biz “Neftçi”, “Bakı” və  “Xəzər-Lənkəran” kimi güclü komandalarla qarşılaşdıq və belə ambisiyalı komandalarla görüşlərdə yüzfaizlik nəticə qazanmaq əladır. İndi komandanı “Sumqayıt”la qarşılaşma gözləyir. Etiraf edim ki, bu komandayla oyun çətin olacaq. Mən bir müddət “Sumqayıt”ın heyətində çıxış etmişəm və bilirəm ki, bu oyunçular 90 dəqiqə ərzində özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bu komanda yaxşı hücuma keçən gənc futbolçulardan ibarətdir. Onlar bunu ötən oyunlarda da göstərdilər. Biz bu oyuna səylə hazırlaşırıq və özümüzü yaxşı tərəfdən göstərməyə calışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30