29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycan - Norveç matçının da stadionu məlum oldu

Futbol üzrə Azərbaycan milli komandasının 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində bu il keçirəcəyi daha bir ev oyununun stadionu müəyyənləşib. Lent.az-ın xəbərinə görə, millimiz Norveç yığmasını noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
 
Matç saat 21:00-da başlanacaq. Artıq AFFA rəsmiləri Respublika stadionunun rəhbərliyini bu barədə məlumatlandırıb. Komandamızın Bolqarıstanla keçirəcəyi ilk seçmə oyununun isə sentyabrın 9-da “Bakcell Arena”da baş tutacağı rəsmən açıqlanıb. 
 
Mərkəzi arenanın direktoru Akif İsmayılov Lent.az-a açıqlamasında xəbəri belə şərh edib: “Bu yaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədov mənə deyib ki, yığmamızın builki ev oyunlarından ən azı 1-i Respublika stadionunda keçiriləcək. Hətta bu yaxınlarda Norveç Futbol Federasiyasının nümayəndələri “Bakcell Arena” ilə yanaşı, bizim stadiona da baxış keçiriblər. Bu il yığmamız cəmi 2 ev oyunu keçirəcək. Onlardan Bolqarıstanla matçın stadionu artıq məlumdursa, deməli, digər qarşılaşma Respublika stadionunda olacaq. AFFA rəsmisinin mənə dediklərinə əsasən belə qənaətə gəlmək olar. Amma yenə də qərar onlarındır”.
 
Qeyd edək ki, Bolqarıstan və Norveçlə ev oyunlarından əlavə, yığmamız bu il oktyabrın 10-da İtaliya, oktyabrın 13-də isə Xorvatiya ilə səfər matçlarına çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31