28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İnter” üçün yaddaqalan məqamlar

Premyer Liqanın 32-ci turu çərçivəsində keçirilən “İnter” -“Xəzər-Lənkəran” matçı “bankirlər” üçün bir sıra statistik göstəricilərlə yadda qalıb. Futbolxeber.az “İnter”in rəsmi saytında yer alan həmin yazını təqdim edir:

Ard-arda 6 qələbə

Bu görüşdə “İnter” ard-arda 6-cı qələbəsini qazandı. Komandanın qələbə seriyası 27-ci turda “Qəbələ” üzərində 4:1 hesablı qələbəylə başlamışdı. Sonra “İnter” doğma divarlar arasında “Rəvan”ı (3:0), səfərdə “Simurq”u (0:1) məğlub etdi,  “Neftçi”ni (1:2) məğlubiyyətə uğratdı, “Bakı” ilə səfər oyunundan 0:4 hesablı qələbəylə döndü və son olaraq da “Xəzər-Lənkəran”ı 3:0 hesabıyla yendi. Bütün bu 6 oyunda “İnter” rəqiblərinin qapısında ümumildə 19 top keçirib, qapısındasa cəmi 2 qol görüb. Cari mövsümdə 7 ard-arda ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur.  Bu nəticəni təkrarlamaq üçün “İnter”ə cəmi 1 oyunda qalib gəlmək lazımdır.

Arif 16-cı oldu

“Xəzər-Lənkəran”la matçın 4-cü dəqiqəsində fərqlənən Arif Daşdəmirov cari Premyer Liqada qol vuran sayca 16-cı “İnter”li futbolçu olub. Cari mövsümdə “İnter”in heyətində Vaqif Cavadov, Baçana Tsxadadze, Matiya Şpiçiç, Mikel Alvaro, Aleksandr İaşvili, Yohan Bokonyano, Laşa Salukvadze, Ruslan Əmircanov, Abdulla Abatsiyev, Derlis Meza Kolli, Slavço Georgiyevski, Diyeqo Madriqal, Asif Məmmədov, İlqar Ələkbərov və Bryus Abdulaye fərqləniblər.

13 matç sıfır

“Xəzər-Lənkəran”la oyunda qol buraxmamaqla “İnter” oyunda qol buraxmadığı matçların sayını 13-ə çatdırdı. 13 oyunda “İnter” 11 qələbə qazanıb və yalnız 2 görüş qolsuz bərabərliklə başa çatdı. Yeri gəlmişkən, “Xəzər-Lənkəran”la keçirilən 4 matçda komanda qapısında cəmi 1 qol gördü və qalan 3 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

5-ci böyükhesablı qələbə

“Xəzər-Lənkəran”la matçda “İnter” cari çempionatda sayca 5-ci böyükhesablı qələbəsini qazandı. Belə ki, komanda iki dəfə “Rəvan”ı məğlub edib: səfərdə 1:5, doğma stadiondasa 3:0. Bundan başqa, "İnter" səfərdə “Qəbələ”ni 4:1, “Bakı” komandasınısa 4:0 hesabıyla yenib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31