29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İnter” tarixi rekordu təkrarladı

Bakının “İnter” klubu Azərbaycan Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, son 6 matçda 17 qol vuran və cəmi 2 top buraxan paytaxt təmsilçisi 18 xal qazanıb. “Qəbələ” (4:1), “Rəvan” (3:0), “Simurq” (1:0), “Neftçi” (2:1), “Xəzər Lənkəran”ın (4:0) ardından 32-ci turda “Bakı”nı 3 cavabsız qolla üstələyən “İnter” tarixinin rekordunu təkrarlayıb.

Əvvəllər 3 dəfə 6 qələbəni sıralayan bakılılar rekordunu 4-cü dəfə gerçəkləşdirdi. “İnter” 2008-ci ilin yazında - 2007/08 mövsümünün son 6 matçında qələbə qazanmaqla çempionluğu bayram etmişdi. 2008/09 mövsümünün startında - 2008-ci ilin payızında da “İnter” 6 qələbədən ibarət seriyaya imza atmışdı. Çempionluqla nəticələnən 2009/10 mövsümünün ortalarında da eyni nəticəni təkrarlayan komanda qələbələrindən 3-nü 2009-un sonunda, 3-nü 2010-nun əvvəlində əldə etmişdi.

3-dəfə 7-ci qələbəsini qazanmaq imkanını qaçıran paytaxt təmsilçisi mütləq rekorda imza atmaq üçün “Sumqayıt”a qalib gəlməlidir. İndiyədək rəqibindən 1 top da buraxmayan bakılılar bunu bacarsa, həm də mövsümün rekordunu təkrarlayacaq.

Qeyd edək ki, qələbə seriyalarında mövsümün rekordu “Qarabağ”a (7 oyun), ölkə çempionatları tarixinin rekordu isə “Kəpəz”ə (20 oyun) məxsusdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31