25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Foqts kimi axmaq yerinə qoyub: bizi, özünü, yoxsa AFFA-nın saytını?

Milli komandamızın baş məşqçisi Berti Foqtsun qeyri-adi qərarları daim müzakirə mövzusu olub. İstədiyi vaxt təlim-məşq toplanışı təyin etməsi, çempionatın təqviminə tez-tez barmaq etməsi və s. - bütün bunlara öyrəşmişik. AFFA rəsmiləri hər dəfə almanın addımlarına bir don geyindirsələr də, əsl həqiqət budur ki Berti Foqts bizi axmaq yerinə qoyur.

Dünən AFFA-nın saytında yer alan xəbərdə deyilir ki, Foqts və 2 alman köməkçisi "Sumqayıt" - "Bakı", "İnter" - "Xəzər Lənkəran" və "Qarabağ" - "Neftçi", Mahmud Qurbanov "İnter" - "Xəzər Lənkəran", Aslan Kərimov isə AZAL - "Rəvan" oyununu izləyəcək. Deyə bilərsiz ki, burda nə var ki?

İndi mən “burda nə var ki”ləri bir-bir yazım, baxın.

İlk başda anlamadığım budur - Foqts və alman köməkçiləri “Şəfa”dakı oyuna gedəcəklərsə, Mahmud Qurbanov ora niyə göndərilir? Mahmud Qurbanov məgər bir oyuna təkbaşına baxa bilmir ki, Foqts və 2 köməkçisi də ona qoşulur?

Milli məşqçiləri niyə “Qəbələ” - “Simurq” oyununa maraq göstərmirlər? Olmazdı ki Mahmud Qurbanovu Qəbələyə göndərsinlər? Ya da Foqtsun sağdışıynan, soldışından biri getsin Qəbələyə? “Qəbələ”də ən azından bir neçə milli üzvü, ən əsası da yığmanın 2 QAPIÇISI OYNAYIR. Olmazdı ki gedib həmin oyuna baxıb, qapıçıların, milli üzvlərinin vəziyyəti ilə yerindəcə maraqlansınlar?

Bəlkə Foqts və alman köməkçilərinin müqaviləsində qeyd olunub ki, onlar Bakı və Sumqayıtdan kənara çıxa bilməzlər? 3 nəfərin bir oyuna baxması hansı məntiqə sığır?

Məncə, Foqtsun üçün azarkeşlərin nə düşündüyü, mətbuatın nə yazdığı əhəmiyyətsizdi. Əgər, belə olmasaydı, o, ən azından belə gülünc qərarlarla AFFA-nın saytını da gülüş hədəfinə çevirməzdi. Şəxsən mənim üçün “Foqts və 2 alman köməkçisi "Sumqayıt" - "Bakı", "İnter" - "Xəzər Lənkəran" və "Qarabağ" - "Neftçi", Mahmud Qurbanov "İnter" - "Xəzər Lənkəran" matçını izləyəcək” xəbəri adamı GİC YERİNƏ QOYMAQDI.

Əvvəl elə bildim ki, çempionat oyunları ilə “Dördlər finalı”nın son iki matçı eyni günə düşür. Düşündüm ki, yəqin AFFA rəsmiləriləri Foqtsu Bakıdan kənara çıxmağa qoymayıblar. Berti Foqtsu UEFA-dan gələn qonaqların gözünə soxaraq, “bizim baş məşqçimizdir” deyəcəklər. Amma dəqiqləşdirəndə məlum oldu ki, “Dördlər finalı”nın oyunları şənbə, çempionat matçları isə bazar günüdü. Deməli, bu ehtimal da keçərli deyil. Geriyə qalır bir ehtimal. Yəqin, “Dördlər finalı”nın həlledici oyunlarından sonra güclü “banket” olacaq. AFFA rəsmiləri də Foqtsun həmin ziyafətdə alman pivəsi ilə fransız çaxırını qatışdırıb, səhər “paxmel” olacağından ehtiyat ediblər. “Paxmel” vəziyyətdə kimdi Qəbələyə gedən...

Şahin ZÜLFÜQAROV

P.S. Təsadüfən Foqtsun tərəfdarları yazının son hissəsini oxuyub, “bu bizi əla salır” deyə bilər. Qoy, desin. Siz “Foqts və 2 alman köməkçisi "Sumqayıt" - "Bakı", "İnter" - "Xəzər Lənkəran" və "Qarabağ" - "Neftçi", Mahmud Qurbanov "İnter" - "Xəzər Lənkəran" matçını izləyəcək” deyib, bizi ələ sala bilirsiz, biz yox?




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30