29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycan kuboku: final oyununun ilkləri

Azərbaycan kubokun yarımfinal mərhələsinin nəticələrinə əsasən “Neftçi” və “Qəbələ” həlledici matça vəsiqə qazanıblar. Futbolxeber.az-ın məlumatına görə, mayın 22-də baş tutacaq final qarşılaşmasına bu 2 klubun çıxması kubok tarixində ilklərə səbəb olub.

Ölkə kubokunun 22 illik tarixində ilk dəfə eyni komanda ardıcıl 3-cü dəfə finala yüksəlib. Buna 2011/12 mövsümündə finalda uduzan, 2012/13 mövsümündə isə kuboku başı üzərinə qaldıran “Neftçi” nail olub. Bakılılar indiyədək heç kimin bacarmadığına imza atıb. Bunadək 6 dəfə eyni klub ardıcıl 2 finalın iştirakçısı olsa da, onlardan heç biri 3-cü mövsümdə bunu təkrarlamamışdı.

22 il ərzində yalnız 3 dəfə eyni baş məşqçi ardıcıl 2 finalda komandasının başında olmuşdu. Böyükağa Hacıyev “Neftçi” ilə ardıcıl 3-cü dəfə həlledici qarşılaşmaya yüksəlməklə ilkə imza atıb.

“Qəbələ” futbol klubu tarixində ilk dəfə Azərbaycan kubokunun finalına yüksəlib. Əyalət təmsilçisi bunu bacaran 16-cı komandadır. 8-ci dəfə finala vəsiqə əldə edən “Neftçi” isə bu siyahıya başçılıq edir: “Neftçi” 8, “Qarabağ” 6, “Xəzər Lənkəran” 5, “Kəpəz”, “İnter” hərəsi 4, “Bakı” 3, “Şəmkir”, “Kür” hərəsi 2, “Şəfa”, “İnşaatçı” (Bakı), “İnşaatçı” (Sabirabad), “Xəzri”, “MKT-Araz”, “Xəzər” (Lənkəran), “Karvan”, “Qəbələ” hərəsi 1 dəfə.

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Azərbaycan kubokunda finala komanda çıxaran ilk rusiyalı mütəxəssisdir. Bunadək legionerlərdən yalnız Ukrayna (Valentin Xodukin - 2, Anaroli Konkov, İqor Nakoneçnı), Gürcüstan (Kaxaber Tsxadadze), Türkiyə (Cüneyt Biçər), Rumıniya (Mirça Rednik) və Uels (Con Toşak) təmsilçiləri komandalarını həlledici matça daşımışdı.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31