29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” ilk, Syomin 10-cu finalında

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu “Qəbələ” üçün uğurlu oldu. Futbolxeber.az-ın məlumatına görə, 1:1 hesablı səfər heç-heçəsi Yuri Syominin yetirmələrini tarixində ilk dəfə finala çıxardı. Öz meydanındakı 3:0 hesablı qələbə “Qəbələ”ni 9-cu cəhddən finala çıxara bildi. Komanda 1/8 finalda 3 (2005/06, 2006/07, 2009/10), 1/4 finalda 3 (2010/11, 2011/12, 2012/13) və yarımfinalda 2 (2007/08, 2008/09) dəfə dayanmışdı.

Komandasından fərqli baş məşqçi Yuri Syomin karyerasında 10-cu dəfə ölkə kubokunun finalına çıxdı. O, futbolçu kimi Moskva “Dinamo”sunda SSRİ (1970), baş məşqçi kimi “Lokomotiv”lə Rusiya kubokunu (1995/96, 1996/97, 1999/2000, 2000/01) üst-üstə 5 dəfə qazanıb. Sonuncuların “sükanı arxasında” SSRİ (1989/90) və Rusiya (1997/98), Kiyev “Dinamo”su ilə Ukrayna (2007/08, 2010/11) kubokunun finalçısı olan Syomin 9 həlledici matçdan 5-də qələbə sevinci yaşayıb.

Mütəxəssisin 9 ölkə kuboku finalı ilə yanaşı, beynəlxalq turnirin həlledici matçı da var. 2005-ci il “Birlik kuboku”nun finalında onun çalışdırdığı “Lokomotiv” bu il mayın 22-də “Qəbələ”nin üz-üzə gələcəyi “Neftçi”ni 2:1 hesabı ilə məğlub etmişdi.

Lənkərandakı heç-heçə ilə “Qəbələ”nin Azərbaycan kubokundakı məğlubiyyətsiz oyunlar seriyası 11-ə çatdı. Sonuncu dəfə 2011-cu il martın 8-də “Bakı”ya 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” bu müddətdə 5 qələbə qazanıb və 6 heç-heçə edib.

Bu matç Luis Hilario və Viktor Mendi üçün Azərbaycan kubokunda yubiley - 10-cu oyun oldu. 24-cü qolunu vuran klub tarixinin ən məhsuldar futbolçusu Mendi kubok yarışlarında 4-cü dəfə fərqləndi. Bu göstəricidə İbrahim Hüseynova çatan hücumçu yalnız Kənan Kərimov (7) və Vüsal Qarayevdən (5) geri qalır.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31