24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Sevincdən hara qaçacağımı da bilmirdim”

Ürfan Abbasov “Qəbələ”də keçirdiyi 63-cü oyununda ilk qolunu vurub. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın XXXI turu çərçivəsində keçirilən "Rəvan" - "Qəbələ" matçında fərqlənən müdafiəçi klub tarxinə rəqib qapısına yol tapan 84-cü futbolçu kimi düşüb. Abbasov Premyer Liqada fərqlənən 62-ci “Qəbələ”lidir. İlk qolun təəssüratlarını gabalafc.az-la bölüşən Abbasov bu hissi yaşadığına görə çox sevincli olduğunu deyib:

"Mənim üçün çox yaddaqalan oyun oldu. Qalib gəldik, ilk qolu vurmaq nəhayət ki, qismət oldu. Müdafiədə oynadığıma görə çox irəli çıxmaq, qol epizodlarında yer almaq imkanım olmur. Amma bu dəfə irəli çıxdım və Subotiçdən gözəl ötürmə aldım. Yekun zərbəm dəqiq alındı. Qoldan sonra çox sevindim, hətta hara qaçacağımı da bilmirdim. Mənim üçün çox həzzverici və həyəcanlı an idi. İnanıram ki, gələcək oyunlarda da belə şanslar yaxalayıb komandama kömək edəcəyəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30