19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Rəvan” “Neftçi”ylə oyuna itkilərlə çıxacaq

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab görüşü çərçivəsində "Neftçi”ni qəbul edəcək "Rəvan” hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın dünən baş tutan məşqində zədəli Dmitri Kruqlovdan başqa bütün futbolçular iştirak edibilər. Əcnəbi cinah müdafiəçisi bugünkü məşqə də qatılmayacaq.

Azərbaycan Premyer Liqasının XXXI turunda "Qəbələ” ilə ev oyununda zədələnən Kruqlov üçün mövsümün erkən başa çatdığını söyləmək olar. Çiyin vətərəsi qopan estoniyalı futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, baş məşqçi Güvənç Kurtar aprelin 24-də "Bayıl Arena”da keçiriləcək "Rəvan” - "Neftçi” matçında daha 2 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Müdafiəçilər - Orxan Lalayev və Cəmşid Məhərrəmov zədə üzündən oyunu kənardan izləməli olacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30