25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Roma” birinci, “Qəbələ” 19-cu oldu

“Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandasının iştirak etdiyi  Stefano Qusella xatirə turnirinə yekun vurulub. Futbolxeber.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, İtaliyanın Turin şəhərində baş tutan turnirin yekun mərhələsində "qırmızı-qaralar" 17-20-ci yerlər uğrunda mübarizə aparıb. Bu mərhələdə 2 oyun keçirən Hüseynqulu Quliyevin yetirmələri ilk olaraq "Latsio" (İtaliya) ilə qarşılaşıb. Matç italiyalıların 2:0 hesablı qələbəsi ilə bitib. Digər qarşılaşmada "Qəbələ" Çexiya "Sparta"sı ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini bütün komponentlərdə üstələyən "qırmızı-qaralar" Praqa təmsilçisinə 3 cavabsız qolla qalib gəlib və yekun olaraq turnirin 19-cu pilləsində qərarlaşıb. Komandamıza qələbə gətirən qollara Əli Məzahirli, Nəsib Ələkbərov və Elvin İmanlı imza atıb.

Xatırladaq ki, 48 komandanın iştirakı ilə baş tutan turnirin qalibi "Roma" olub. Romalılar finalda "Torino"nu (Turin, İtaliya) məğlub etməyi bacarıblar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30