24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” “Fənərbaxça” və “Milan”la bacarmadı

"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində keçirilən V Vodafone Beynəlxalq turnirində çıxışını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirin açılış günündə 2 oyun keçirən və maksimum nəticə qazanan təmsilçimiz qrupun son matçında "Fənərbaxça" ilə qarşılaşıb. Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Qrupda 6 xal toplayan və növbəti tura - 1/8 final mərhələsinə vəsiqə qazanan "qırmızı-qaralar" bu etapda İtaliya "Milan"ına rəqib olub. Maraqlı mübarizə şəraitində keçən "Qəbələ" - "Milan" qarşılaşması ikincilərin 1:0-lıq qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Ülfət Mədətovun yetirmələri 9-16-cı yerlər uğrunda mübarizəyə qoşulub. Təmsilçimiz bu gün "Antalyaspor"la üz-üzə gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30