29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bugünkü halımız reallığımızdır”

“Bu cür məğlubiyyətdən sonra nə deyə bilərəm? Mənə “İnter”i təbrik etmək qalır, yaxşı oyun göstərib ədalətli qələbə qazandılar”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Pantiç üstüörtülü danışaraq, hücumçu yoxluğundan, hətta stadiondalı tablodan belə gileylənib: “Yetirmələrim üçün 0-4 ağır məğlubiyyət ola bilər, mənim üçün isə 0-1 də məğlubiyyətdir. Bəzi oyunçular artıqlaması ilə özünü oyuna verdi, meydançada sona kimi mübarizə apardılar. 7-8 aydır ki, buradayam, hamıya hər şey aydındır. Futbola aid olmayan bəzi hallar var, futbolçularım bunu pis keçirir. Bu məğlubiyyətin əsas günahkarı özüməm. Yetirmələrim meydanda əlindən gələni etdilər. Bəzi amillər var idi ki, neçə müddətdir toplanırdı, bu gün isə artıq partladı. Bugünkü halımız reallığımızdır. Bəzi amillər oyunçuların özünü tam göstərməsinə imkan vermir. Bu gün oyun tablosu da işləmirdi. 3 xalı itirdiyimizdən əlavə növbəti oyunlar üçün 3-4 futbolçumuzu da itirdik. Bəzi oyunçular zədəli halda sona kimi mübarizə apardılar. Bir məğlubiyyətlə əvvəlki uğurlarımızın üstündən xətt çəkmək olmaz. Bu oyundan sonra komandamı əvvəlkindən daha çox istəyirəm. İyundan bu yana bir hücumçu ilə oynamışıq. Bolqarıstanlı hücumçu gəlmişdi bura, müəyyən məsələlərə görə transferi alınmadı. Etto oyundan sonra otağıma gələrək etdiyi hərəkətə görə üzr istədi. Hakimlik barədə şərh vermək istəmirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31