19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tsxadadze: “Bu, “Bakı” üçün gözlənilməz oldu”

“Bütün pravoslavları Pasxa bayramı ilə təbrik edirəm. Qələbə qazandığımız üçün şadam, rəqibdən üstün oynadıq. Oyunumuzu düzgün qurduq, iki mərkəz hücumçu ilə oynadıq. Bu, rəqib üçün gözlənilməz oldu”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis mövsümün əvvəlindəki durumu xatırlayıb: “Çoxlu qol epizodu yaratdıq. “Bakı”nın çox yaxşı hücum xətti var, lakin müdafiəçilərimiz bu gün onların qarşısını ala bildi. İndi heç kim ilk 6 turu yada salmır. Sonuncu yerdə idik, bəzi məşqçilər bizi hesabdan silmişdilər. Futbolçularıma görülən işə görə, bu nəticəyə görə minnətdaram. Qarşıda hələ 5 oyun var, bu qələbəni unudub, lazımı nəticələr çıxardıb, qarşıdakı oyunlara hazırlaşacağıq. İndi turnir cədvəlində yaxşı mövqedəyik. 4-cü yerdəki “Bakı” ilə aramızda 8 xal fərq var. Klub rəhbəri mənim istefamı qəbul etməmişdi və mənə inam göstərdi. Mən də bu etimadı doğrultdum. İşimiz daha bitməyib, avrokuboklara qatılmaq üçün yaxşı şansımız var, qarşıda çox ağır oyunlarımız olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30