24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Bu, “Bakı” üçün final görüşüdü”

“Çox maraqlı və çətin oyun olacaq. İkinci yerlə dördüncü yerin qarşılaşması başqa cür ola da bilməz. “İnter”lə aramızda 5 xallıq fərq var. “Bakı” üçün final görüşüdü”. Futbolxeber.az-ın məlumatına görə, bu sözlər “Bakı”nın baş məşqçisi Milinko Pantiçə məxsusdur.

Sabah “İnter”ə qarşı keçiriləcək oyun haqda klubun saytına danışan Pantiç, Tsxadadzenin işini yüksək qiymətləndirdiyini bildirib: “Final oyunları isə oynanılmır, qələbə qazanılır. “İnter”in baş məşqçisi Kaxaber Tsxadadzenin işini də yüksək qiymətləndirmək lazımdı. O uzun müddətdi bir komandada çalışmaqla əsl oyun fəlsəfəsini ortaya qoyub. Cari mövsüm bu iki rəqibin görüşlərində heç-heçə tendensiya halını alıb. İnşallah, sabah qələbə qazanıb bu hala son qoymalıyıq. Əlbəttə, bizim əvvəlki görüşlərdə kifayət qədər fərqlənmək şanslarımız olsa da, çox qol vura bilməmişik. “İnter” bütün komandalar üçün çətin rəqibdi. Məni üzən məqam sabah Rauf Əliyevin meydana çıxa bilməməsiylə bağlıdı. “İnter”lə 1:1 başa çatan əvvəlki oyunda da Raufun xidmətindən məhrum olduq. Ancaq bu, o demək deyil ki, mən mübarizə aparmaqdan qorxub, ağlayıram. Mövsümboyu “Bakı” və “İnter” turnir cədvəlində yanaşı pillələrdə olub. Finişə doğru “İnter”in 2-ci pilləyə qalxması məni bir o qədər narahat etmir. Komandam bu yerə gəlib çatıbsa, deməli, əziyyətləri böyükdü. Məni “Bakı”nın tutduğu mövqe yox, başqa məqamlar daha çox düşündürür. Sabah layiqli oyunla “İnter”ə daha da yaxınlaşmağa çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30