29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakı” “İnter”lə oyuna hazırdı

Sabah “Bakı” Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində evdə “İnter”i qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, bu gün “zolaqlılar” oyunöncəsi son məşqini keçirib.

Saat 11:10-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib. Ardınca düzülmüş maneələr içində əyləncəli qaçdı-tutdu oynayan futbolçular məşqin qalan çox hissəsini “kvadrat”a həsr edib. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra dartınma hərəkətlərini də icra edən baş məşqçi Milinko Pantiçin yetirmələri bununla da hazırlığı başa vurub.

Qeyd edək ki, zədəli olan Rauf Əliyev, Mario Alvares və Namiq Ələsgərov məşqdə iştirak etməyib. Vüqar Mustafayev isə yüngül qaçışla kifayətlənib. Əvəzində zədəsini sağaldan Elvin Məmmədov kollektiv çalışmalara qoşulub.


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31