25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Neftçi” AFFA-nın qərarına etiraz edir

“Neftçi” Azərbaycan kuboku uğrunda yarışın 1/2 final mərhələsi çərçivəsində “Rəvan”a qarşı keçirilmiş oyunla bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərarlara etiraz edir. Futbolxeber.az-ın “ağ-qaralar”ın rəsmi saytında bununla bağlı yazılanları təqdim edir:

“İntizam Komitəsinin qərarına görə guya oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olub və bu ərazidə təhlükəsizlik təmin olunmayıb. Bu səbəbdən də “Neftçi” PFK 5000 manat məbləğində cərimələnib. Bu qərara qəti şəkildə etiraz edərək bildiririk ki, “Neftçi” - “Rəvan” oyununda təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.

Buna qədər də İntizam Komitəsinin klubumuzun əleyhinə çıxardığı bir sıra qərarlara görə Apellyasiya və Ekspert Komitəsinə müraciət ünvanlanmış və “Neftçi”nın haqlı olduğu sübuta yetirilib. Azərbaycan Premyer Liqası çərçivəsində keçirilən “Neftçi” PFK-nın oyunlarında və digər çempionat matçlarında komandaların nümayəndələri, məşqçiləri və xüsusən də əcnəbi futbolçuları tərəfindən dəfələrlə qeyri-etik davranışlar edilib və bu hallar mətbuatda və ictimaiyyətdə geniş şəkildə müzakirə edilərək sübuta yetirilsə də, İntizam Komitəsi tərəfindən diqqətə alınmayıb. Bu bir daha onu göstərir ki, İntizam Komitəsinin qərarları obyektivliyi əks etdirmir. “Neftçi” PFK olaraq bu kimi hallara etiraz edirik və İntizam Komitəsinin bu kimi qeyri-obyektiv qərarları ilə qəti şəkildə razılaşmırıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30