19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Xəzər Lənkəran”: “Neftçi”yə qarşı 2 oyun və 4 xal

Bu həftə də "Xəzər Lənkəran"ın müxtəlif yaş qrupu komandaları müvafiq liqalarda oyunlar keçiriblər. Futbolxeber.az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bazar ertəsi U-17 Liqasının XIX turunda "Xəzər Lənkəran" evdə AZAL-ı 3:0 hesabı ilə məğlub edib. Qollara Fazil Hüseynli, Heydər Babayev və Eduard Rəfiyev imza atıblar.

Növbəti gün isə “Xəzər Lənkəran”ın ən uğurlu qrupu olan U-15 komandası Final mərhələsinin 4-cü turunda "Neftçi"ni qəbul edib. Fasiləyə 0:1 geridə yollanan Ağadadaş Həmidovun yetirmələri ikinci hissədə Kamal Dənziyevin vurduğu iki qol sayəsində rəqibinin məğlub edərək Final mərhələsində ilk qələbəsini əldə edib - 2:1.

Dünən U-19 Liqasında "Bakı" səfərinə yollanan “Xəzər Lənkəran” böyükhesabla məğlub olub - 5:1.

Namiq Qarayevin başçılıq etdiyi U-16 komandası isə paytaxtda "Neftçi"nin qonağı olub. Meydan sahibləri oyunda hesabı açsa da, Eltac Mirzəyev dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirib - 1:1.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30