19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Vəziyyəti düzəldəcəyimizə inanırdıq”

“Qarşıda hələ cavab oyunumuz var. Bu gün isə çox yaxşı nəticə əldə etdik. Oyunun müəyyən hissələrində çox yaxşı oynadıq. Xüsusən də qol vurduğumuz epizodlarda”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Syomin komandasının fasilədən sonra daha yaxşı oynadığını bildirib: “Qarşıdakı cavab oyununa da ciddi yanaşmalıyıq. Artıq çempionatdakı oyunumuza hazırlaşacağıq. “Qarabağ”la kubok oyunundan sonra 4 müdafiəçimiz zədələndi. Bu, futbolda nadir rast gəlinən hallardan biridir. Ardıcıl məğlub olduğumuz oyunlar oldu. Lakin biz işimizi davam etdirdik, vəziyyəti düzəldəcəyimizə inanırdıq. Komanda məşqlərini davam etdirirdi, futbolçularıma bu baxımdan iradım yoxdur. Psixoloji cəhətdən isə vəziyyətimiz yaxşı deyildi. Azarkeşlərimizə üzümü tutub deyirəm ki, səbrli olsunlar və qalib gələndə də, məğlub olanda da bizi dəstəkləsinlər. İlk hissədə müdafiədə dəqiq oynadıq, lakin hücumda oyunumuz alınmırdı. İkinci hissədə isə həm müdafiədə, həm də hücumda oyunumuz yaxşı alındı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30