29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Xəzər Lənkəran”: yarımfinalda 15-ci oyun

Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Futbolxeber.az-ın məlumatına görə, aprelin 16-da baş tutacaq ilk oyununda “Xəzər Lənkəran” səfərdə “Qəbələ” ilə görüşəcək.
Tarixində 8-ci dəfə yarımfinala yüksələn “ağ-yaşıllar” bu mərhələdə 15-ci oyununu keçirəcək. 10 illik tarixində yalnız iki dəfə (2008/09 və 2011/12) yarımfinala çıxa bilməyən “Xəzər Lənkəran” finalın 1 addımlığında da eyni sayda dayanıb. 2004/05 və 2005/06 mövsümlərində yarımfinalda mübarizəni dayandıran “Xəzər Lənkəran” sonrakı 8 ildə bu mərhələdə dayanmayıb. Belə ki, son 5 yarımfinalda “Xəzər Lənkəran” mərhələni uğurla adlayıb.
Ardıcıl 2-ci dəfə finala çıxmaq üçün mübarizə aparan “Xəzər Lənkəran” əvvəllər də “Qəbələ”ni kubokda sınağa çəkib. 6 il əvvəl də yolları yarımfinalda kəsişən komandaların duelində “ağ-yaşıllar” səfər qələbəsi ilə finala yüksəlmişdi.
 Ümumilikdə isə Lənkəran təmsilçisi yarımfinalda keçirdiyi 14 oyunun yarısında - 7 dəfə qalib gəlib. 3 heç-heçəsi olan komanda 4 dəfə uduzub. Yarımfinalda 16 qol vuran futbolçular 13 top buraxıb.
 

2004/05

16.04.2005

İnter (Bakı) - Xəzər Lənkəran

2:1

1/2, ilk oyun

2004/05

29.04.2005

Xəzər Lənkəran - İnter (Bakı)

1:1

1/2, cavab oyunu

2005/06

03.05.2006

Xəzər Lənkəran - Karvan (Yevlax)

1:0

1/2, ilk oyun

2005/06

07.05.2006

Karvan (Yevlax) - Xəzər Lənkəran

3:0

1/2, cavab oyunu

2006/07

12.04.2007

İnter (Bakı) - Xəzər Lənkəran

0:1

1/2, ilk oyun

2006/07

22.04.2007

Xəzər Lənkəran - İnter (Bakı)

1:0

1/2, cavab oyunu

2007/08

09.04.2008

Qəbələ (Qəbələ) - Xəzər Lənkəran

1:3

1/2, ilk oyun

2007/08

23.04.2008

Xəzər Lənkəran - Qəbələ (Qəbələ)

1:1

1/2, cavab oyunu

2009/10

27.04.2010

Olimpik-Şüvəlan (Bakı) - Xəzər Lənkəran

1:1

1/2, ilk oyun

2009/10

05.05.2010

Xəzər Lənkəran - Olimpik-Şüvəlan (Bakı)

2:1

1/2, cavab oyunu

2010/11

27.04.2011

Xəzər Lənkəran - Bakı (Bakı)

1:0

1/2, ilk oyun

2010/11

04.05.2011

Bakı (Bakı) - Xəzər Lənkəran

2:1

1/2, cavab oyunu

2012/13

17.04.2013

Bakı (Bakı) - Xəzər Lənkəran

1:0

1/2, ilk oyun

 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31