Ölkə futbolu
AFFA klubların müstəqilliyini əlindən alır?
AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi. Həmin vaxt bu haqda yazmışdım. İndi də fikrimdə qalıram ki, bu, çox absurd, heç bir məntiqə sığmayan bir qərardı. Harada görülüb ki federasiya hansısa kluba idman direktoru təyin edə? Dünyanın heç bir ölkəsində belə bir praktika yoxdur və inanmıram ki, nə vaxtsa hansısa ölkədə belə bir absurd qərar qəbul oluna. Bu cür mənasız qərarlar ancaq Azərbaycan futbolunda ola bilər. Bu, AFFA-nın klubların daxili işinə qarışmasıdır. Kim təminat verə bilər ki, bu gün klublara idman direktoru sırıyan AFFA sabah da baş məşqçi və ya futbolçu calaq etməyəcək?
VETERANLAR NİYƏ BUNA QARŞI ÇIXMAYIB?
Yaxşı, tutaq ki İcraiyyə Komitəsində yer alanlardan Rövnəq Abdullayev, Elxan Məmmədov, Elşad Nəsirov, Rauf Əliyev bu qərarın düzgün olduğu qənaətindədirlər. Bəs, orada yer alan Ələkbər Məmmədov, İsgəndər Cavadov, Kazbek Tuayev kimi veteranlar bu qərara niyə etiraz etməyiblər? Axı, adını çəkdiklərim hər açıqlamalarında Azərbaycan futbolunun uğur qazanması üçün yerli mütəxəssislərə güvənilməli olduğunu deyirlər. “Bizdə futbolçu da var, məşqçidə”. Əgər, bizdə lazımı qədər kadr varsa, ay veteranlar, niyə klublara xaricdən idman direktoru gətirilməsinə qarşı çıxmamısınız? Bu qərar bir daha göstərir ki, İcraiyyə Komitəsində yer alan veteranların işi yalnız AFFA rəhbərliyinin qərarlarına əl qaldırmaqdı, vəssalam. Ələkbər Məmmədov, İsgəndər Cavadov və ya Kazbek Tuayev həqiqətən də Azərbaycan futbolunun inkişafını düşünsəydilər, bu qərara qarşı çıxmalıydılar.
HAFİZ MƏMMƏDOV RAZI OLAR Kİ...
AFFA İcraiyyə Komitəsində yer alan yeganə klub prezidenti Hafiz Məmmədovdur. Təbii ki, “İnter” və “Simurq”un faktiki sahibi olan Cahangir Hacıyevi nəzərə almasaq. Hafiz Məmmədovun Azərbaycan futbolu adına gördüyü işlər göz önündədir. Təkcə elə ölkəmizin tanınması baxımından “Bakı”nın prezidentinin etdiyini etmək hər adamın işi deyil. Bütün bunlar öz yerində. Amma Hafiz Məmmədovun da bu qərara əl qaldırması anlaşılmazdır. Hafiz bəy necə razı ola bilər ki, o qala-qala “Bakı”ya AFFA idman direktoru gətirsin? Maraqlı məqamlardan biri də odur ki, hazırda AFFA-nın idman direktoru sırımadığı 3 klub var ki, onlardan biri də məhz “Bakı”dır. Kim bilir, bəlkə “Qəbələ” kimi “Bakı” da AFFA-nın kadrına ehtiyac duymayacaq...
BRARDIN MƏVACİBİNİ KİM VERİR?
Yuxarıda vurğuladığım kimi, “Qəbələ”də idman direktoru postunu tutan Stenli Brard öz vəzifəsində qalır. Amma burada ortaya çıxan bir sual var. Deməli, AFFA-nın məlum qərarında qeyd olunur ki, klublara yerləşdirilən idman direktorlarının məvacibini AFFA ödəyəcək. Sual da elə burda ortaya çıxır. Bu idman direktorlarının hamısının məvacibi eyni olacaq? Yaxşı tutaq ki, AFFA hər məşqçiyə ayda 5 min avro əməkhaqqı ödəyəcək. Birdən Brardın “Qəbələ”dəki məvacibi bundan qat-qat artıqdısa, onda nə olacaq? Yox, həmin pulu “Qəbələ” ödəyəcəksə, o zaman bu ayrı-seçkilik deyilmi? Belə çıxır ki, “İnter”də eyni vəzifəni icra edən “Qəbələ”nin idman direktorundan az qazanacaq?
VİLLARD “QƏBƏLƏ”DƏ NEYLƏDİ Kİ?
AFFA-nın bu məntiqsiz qərarına əsasən, fevralın 1-dən etibarən Daryl Villard (İngiltərə) AZAL, Frank Bernhardt (Almaniya) “Sumqayıt”, mart ayından isə Spittler Torsten (Almaniya) “İnter” klubunda AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində fəaliyyətə başlayıb. Növbəti anlaşılmazlıq(lar). Birincisi, Villard onsuz da AZAL-da çalışırdı. Əvəzedicilərin baş məşqçisi idi. Adını dəyişib qoydular idman direktoru. Digər tərəfdən də Villard daha əvvəl “Qəbələ”də çalışıb. Bu komandaya gümüş və bürünc medallar qazandırsa da, bu gün hansısa futbolçunu onun “kəşf”i adlandırmaq qeyri-mümkündür? AZAL-ın əvəzediciləri hazırda 10 komanda arasında 9-cudur. Bunu da elə-belə xatırlatdım.
NİYƏ İDMAN DİREKTOLARI XARİCDƏN GƏTİRİLİR?
Yaxşı, tutaq ki, İcraiyyə Komitəsi klubların müstəqilliyinə tüpürərək belə qərar qəbul etdi. Olmazdı ki, həmin post yerli mütəxəssislərə etibar edilsin? Axı, hazırda Azərbaycanda xeyli sayda işsiz mütəxəssis var: Ağasəlim Mircavadov, Nazim Süleymanov, Vəli Qasımov, Vaqif Sadıqov, Şahin Diniyev. Nəyə görə bu idman direktorları məhz Almaniya və ya Hollandiyadan gətirilməlidi? Məgər, Nazim Süleymanov, Şahin Diniyev, Vəli Qasımov Azərbaycan futboluna almanlardan, hollandlardan daha az bələddilər?
BU DİREKTORLARDAN UĞUR GÖZLƏMƏYƏ DƏYMƏZ!
Ən qəribəsi isə odur ki, AFFA-nın bu “kadr”ları elə də tanınmış mütəxəssilər (əgər onlara mütəxəssis demək mümkündürsə) deyillər. “Neftçi”yə təyin olunan Jan Versleijen. Tam adı Johannes Martinus Maria Versleijendi, 58 yaşı var. 27 yaşından məşqçiliyə başlayıb. 24 ildə (1984-cü ildən 1990-cı ilə kimi işsiz qalıb) 18 yerdə çalışıb. Hollandiyadan vurub, Yaponiyadan çıxıb, Səudiyyə Ərəbistanına gedib, sorağı BƏƏ-dən gəlib. Bununla kifayətlənməyib, əvvəlcə Avstraliyaya, sonra da CAR-a üz tutub və indi gəlib çıxıb Azərbaycana.
Keçək “Rəvan”ın bəxtinə düşən alman Peter Neustadterə. 48 yaşlı keçmiş müdafiəçi Qazaxıstanda anadan olub. Futbolda ilk addımlarını isə ÇSKA-nın gənclər komandasında atıb. Vaxtı ilə “Zenit, “Kayrat”, “Dnepr”, “Tavriya”, “Spartak” (Vladiqafqaz), eləcə də Almaniyanın “Karlsrue”, “Çemnitzer” və “Maynts” klublarında çıxış edib. 1996-cı ildə 3 dəfə Qazaxıstan yığmasının formasını geyib. Məşqçi kimi 5 il “Maynts”ın ikinci komandasında, daha sonra isə (2012-ci ildən) “TuS Koblents” adlı, regionla liqada mübarizə aparan klubda çalışıb. Özünüz deyin, bu adam “Rəvan”a nə xeyir verə bilər? Əgər, düz-əməlli mütəxəssis olsaydı almanlar demirəm, heç olmasa qazaxlar ondan yararlanardılar.
“Qarabağ”ın bəxtinə düşən Con Van Leon da digərlərindən seçilmir. O, yalnız futbolçu karyerasına görə öyünə bilər, vəssəlam. Belə ki, hollandiyalı 49 yaşlı sabiq hücumçu karyerası ərzində “Ayaks”, “Feyenoord” kimi klublarda, hətta Hollandiya millisində (5 il ərzində 7 oyun və 1 qol) oynayıb. Gəl ki, məşqçi kimi heç bir uğur qazanmayıb. 2 il “Utrext”in gənclər komandasında çalışıb. Daha 5 il də bu klubda məşqçi kimi fəaliyyət göstərib. 2007-ci ildən də bu yana işsizdir. Əvvəla, Leon güclü mütəxəssis olsaydı son 7 ildə işsiz qalmazdı. Digər tərəfdən də güclü kadrı axı hollandlar niyə bizə versinlər? Elə özləri bacarığından istifadə edərlər də.
“Sumqayıt”lı Frank Bernhardın hansı bacarığına görə AFFA-nın diqqətini çəkməsi də maraq doğurur. 44 yaşı var, MƏŞQÇİ KİMİ ÇIXDIĞI OYUNLARIN 52, YƏNİ 91 FAİZİNDƏ MƏĞLUBİYYƏTİN ACISINI DADIB!
Amma “İnter”li Spittler Torsteninə baxanda bayaqdan haqqında danışdıqlarımız “toya getməlidirlər”. Torstenin haqda internetdə məlumat tapmaq belə müşkül məsələdir. “Wikipedia”da onun haqqında yalnız 1 cümləyə rast gəldik: “Mozambikdə çalışıb”. İndi gəl, Elxan Məmmədov qədər optimist ol ki, bu adamlar Azərbaycan futbolunu ağ günə çıxaracaqlar. Ay-hay!
BU CALAQLAR KİMƏ SƏRFƏLİDİR?
Hər şeyi götür-qoy etdikdən sonra belə qənaətə gəldim ki, bu təyinatlar yalnız kimlərəsə maddi cəhətdən sərfəlidir, vəssalam. Hər kəsə bəllidir ki, AFFA-nın bu cür “ixtira”larının başında Elxan Məmmədov durur. Qətiyyən şübhə etmirəm ki, qərarı İcraiyyə Komitəsi qəbul etsə də, haqqında söz açdığımız kardların hamısı Elxan Məmmədovun tapıntılarıdır.
AFFA-nın saytında idman direktorları ilə bağlı yer alan xəbərin sonunda belə bir cümlə var: “Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq”...
Hə, hər şeyin başında məhz bu vəsait durur. Kimsə düşünməsin ki, iş yalnız xaricdən idman direktorları gətirməklə bitir. Əmin ola bilərsiz ki, bu layihə çox pul aparacaq. Hər zaman olduğu kimi, bu pulların da müəyyən (böyük) hissəsi Azərbaycan futbolunun inkişafına yox, kimlərinsə cibinə gedəcək!
Şahin ZÜLFÜQAROV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:52
“Turan Tovuz”, yoxsa “Sumqayıt”?
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək