19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Bakı” - “Xəzər Lənkəran” oyunu niyə televiziya vasitəsiylə canlı yayımlanmayacaq?

Sabah Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, ən çox maraq doğuran oyunlardan biri “Bakı” - “Xəzər Lənkəran” matçıdır. Amma nədənsə bu oyun nə “İdman Azərbaycan” kanalı, nə də AzTV tərəfindən canlı olaraq yayımlanacaq. Halbuki “Bakı”nın demək olar ki, hər ev və kubok oyunu canlı olaraq televiziya vasitəsiylə azarkeşlərə təqdim olunur. Görəsən, bu dəfə nə baş verib ki, azarkeşlər “Bakı” - “Xəzər Lənkəran” matçına canlı olaraq baxmaq şansından məhrum olublar?

Məsələyə aydınlıq gətirmək üçün ilk öncə “Bakı”nın mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərovla əlaqə saxladıq. İ.İsgəndərov matçın yayımlanmamasının səbəbkarı kimi qarşı tərəfi göstərdi: “Bunun səbəbini “İdman Azərbaycan” kanalından soruşmaq lazımdir. Biz daim oyunlarımızın yayımlanmasına hazırıq. Hər dəfə kanal əməkdaşları bizə müraciət edirlər, sonra da gəlib oyunu çəkirlər. Lakin bu dəfə bizə heç bir müraciət olunmayıb. Oyunu biz internet vasitəsi ilə canlı yayımlayacağıq”.

Təəssüf ki, “Bakı”dan fərqli olaraq “İdman Azərbaycan” kanalından heç kimin oyunun yayımlanmamasıyla bağlı fikrini öyrənə bilmədik.

Əlavə edək ki, “Bakı” - “Xəzər Lənkəran” oyunu 15:00-da start götürəcək ki, həmin vaxt da “İdman Azərbaycan” kanalı “Qəbələ” - AZAL matçını canlı yayımlayacaq. Halbuki Qəbələdəki oyunla müqayisədə, “Bakı” - “Xəzər Lənkəran” matçı daha böyük maraq doğurur. Görünür, “İdman Azərbaycan” kanalı üçün azarkeşlərin deyil, kimlərinsə mənafeyi daha önəmlidir.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30