23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Philippe Rasmussen Bakıda işgüzar səfərdədir

UEFA-nın “Klubların Lisenziyalaşdırması və Maliyyə Fair Play” şöbəsinin Maliyyə Fair Play məsələləri üzrə meneceri Philippe Rasmussen Bakıda işgüzar səfərdədir. Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərin əsas məqsədi aprelin 9-da Azərbaycan Premyer Liqasında çıxış edən klubların maliyyəçiləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunacaq seminarın təşkilidir. Seminarda Philippe Rasmussen tərəfindən prezentasiya təqdim olunacaq, həmçinin nəzəri və praktiki məşğələlər keçiriləcək. Seminarın sonunda klub nümayəndələri 2013-cü il üzrə müvafiq maliyyə məlumatlarını qeyd olunmuş proqrama daxil edəcəklər.

Philippe Rasmussen bu gün AFFA-nın Lisenziyalaşdırma qrupunun əməkdaşları ilə görüş keçirib və cari lisenziyalaşdırma prosesi müzakirə olunub. Müzakirələr zamanı 2014-15-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almaq məqsədilə AFFA-ya müraciət etmiş klubların sənədləri ilə bağlı potensial risklərə toxunulub və bununla bağlı Philippe Rasmussen tərəfindən müvafiq tövsiyələr verilib. Philippe Rasmussen lisenziya almaq üçün klubların “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydaları”na riayət etməsinin vacibliyini xüsusi qeyd edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30