28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bakı klubuna texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

6 aprel 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXIV turunun “Şahdağ” – “Bakılı” matçında “Bakılı” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

2 aprel 2014-cü il U-19 Liqasının AZAL – “Xəzər Lənkəran” matçının 64-cü dəqiqəsində AZAL klubunun 77 №-li futbolçusu Cavid Qasımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyun başa çatdıqdan sonra AZAL klubunun 10 №-li futbolçusu Fərid Saidov rəqibi təhqir etdiyinə görə 3 oyunluq cəzalanır (maddə 42.1).

31 mart 2014-cü il Bakcell U-17 Liqasının “İnter” – “Bakı” matçının 71-ci dəqiqəsində “Bakı” klubunun 3 №-li futbolçusu Rafiq Zamanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

3 aprel 2014-cü il U-16 Liqasının “Şahdağ” – “Qəbələ” matçının 66-cı dəqiqəsində “Qəbələ” klubunun 17 №-li futbolçusu Nurlan Quliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

3 aprel 2014-cü il U-16 Liqasının “Rəvan” – “Xəzər Lənkəran” matçının 49-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 20 №-li futbolçusu Eltac Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

5 aprel 2014-cü il U-16 Liqasının “Sumqayıt” – “Qəbələ” matçının 56-cı dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Hacıağa Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

4 aprel 2014-cü il U-15 Liqasının “Qəbələ” – “Bakı” matçının 60-cı dəqiqəsində “Qəbələ” klubunun 7 №-li futbolçusu Murad Qayalı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

6 aprel 2014-cü il Coca-Cola U-13 Liqasının TİM (Gəncə) – UGİM (Ağstafa) matçının 44-cü dəqiqəsində UGİM klubunun 6 №-li futbolçusu Orxan Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).

5 aprel 2014-cü il Atena U-12 Liqasının “Bakı” – “Todo” matçının 27-ci dəqiqəsində “Bakı” klubunun 14 №-li futbolçusu İlahi Quliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

6 aprel 2014-cü il futzal üzrə Azərbaycan birinciliyinin “Bolluq” – “Çingiz” matçının 33-cü dəqiqəsində “Bolluq” klubunun 6 №-li futbolçusu Ayaz Həmzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

6 aprel 2014-cü il futzal üzrə Azərbaycan birinciliyinin “Çevik” – “Xəzri” matçının 30-cu dəqiqəsində “Çevik” klubunun 7 №-li futbolçusu Vüqar Sadıxov, 12 №-li futbolçusu Vüsal Məmmədov, 9 №-li futbolçusu Rafiq Salayev və “Xəzri” klubunun 4 №-li futbolçusu Vüqar Məmmədov dava-dalaşda iştirak etdiyinə görə hər bir futbolçu 6 oyunluq cəzalanır (maddə 39.2).

6 aprel 2014-cü il, Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Şirvan” – “Boradigah” matçında “Boradigah” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

6 aprel 2014-cü il, Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Naftalan” – “Adıgün” matçının 87-ci dəqiqəsində “Adığün” klubunun 44 №-li futbolçusu Rafael Qoçəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

5 aprel 2014-cü il, Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Mehdiabad” – “Şağırğan” matçı başa çatdıqdan sonra “Çağırğan” klubunun 8 №-li futbolçusu Fərəc Fərzəliyev hakimə fiziki təsir göstərdiyinə görə 2 il müddətinə futbol fəaliyyətinə qadağa qoyulur (maddə 38.7).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31