24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AZAL - “Qarabağ”: 1 görüşə sığmayan oyun

“Qarabağ” Premyer Liqanın XXIX turunda AZAL-ı səfərdə 2:0 hesabı ilə məğlub etdi. Futbolxeber.az-ın Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”ın qələbəsi bir neçə məqamla yaddaqalan olub:

* “Qarabağ” bu oyunda çempionatda ardıcıl 6-ci qələbəsini qazandı.

* Bu seriya eyni zamanda Premyer Liqada cari mövsüm ən uzun qələbə seriyasıdı.

* Buna qədər 5 ardıcıl böyükhesablı qələbə qazanan “Qarabağ” bununla da “Neftçi”nin 18 illik nəticəsini təkrarladı. “Qarabağ” AZAL-ı qol buraxmadan daha 1 dəfə məyus edə bilsəydi, ardıcıl 6 darmadağınla çempionatlar tarixində vahid lider olacaqdı

* “Qarabağ” son 10 oyunda 9-cu qələbəsini qazandı

* Qapısını toxunulmaz saxlamaqla “Qarabağ” bununla da göstəricisini 5-oyuna çatdırdı. Başqa sözlə, “Qarabağ” 457 dəqiqədir qapısında qol görmür. Sonuncu dəfə qolkiper İbrahim Sehiçin qoruduğu qapıdan  24-cü turda “Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov 83-cü dəqiqədə top keçirə bilib.

* Bu cari mövsüm 2-ci ən uzun göstəricidir. Mövsümün seriyası isə 512 dəqiqə ilə “Qarabağ” digər qapıçısı Fərhad Vəliyevə məxsusdur.

* “Qarabağ” eyni zamanda AZAL-la oyunda 3 oyundan sonra qapısı “quru” saxlaya bildi.

* “Qarabağ” “AZAL Arena”da 3 il sonra qələbə qazana bildi. Sonuncu dəfə komanda bu meydanda 2011-ci ilin sentyabrın 19-unda 3 xalı aktivinə yaza bilmişdi.

* “Qarabağ”da Reynaldo vurduğu qolla Premyer Liqada cari mövsüm 18-ci dəfə fərqlənməklə bombardirlər siyahısında yerini möhkəmləndirdi.

* Maraqlıdı ki,  Reynaldo bununla 2010-2011 mövsümündə çempionatın bombardiri olan Georgi Adamiyanın göstəricisinə çatdı.

* Ümumiyyətlə, bir mövsüm “Qarabağ” formasında ən çox qol vuran futbolçu olmaq üçün Reynaldoya cəmi 3 qol lazımdı. Samir Musayev 2003-2004 mövsümündə 20 dəfə fərqlənməyi bacarıb.

* Braziliyalı son 5 oyunda start heyətində meydana çıxarkən qol vurmadan meydanı tərk etməyib.

* Reynaldo 22-ci dəqiqədə fərqlənməklə cari futbol ilində 25-ci qolunu vurdu. Premyer Liqada 18 dəfə fərqlənən Reynaldo 5 dəfə Avroliqada, 2 dəfə də ölkə kubokunda adını tabloya yazdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30