29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Simurq” - “İnter” tamaşası: budəfəki səhnə çox gülməli alındı

Bu gün Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Simurq” öz meydanında “İnter”i qəbul etdi. Əvvəldən də proqnozlaşdırıldığı kimi matç, “İnter”in qələbəsi ilə yekunlaşdı. Baçana Tsxadadzenin sona 16 dəqiqə qalmış vurduğu qol görüşün nəticəsini müəyyənləşdirdi.

Əslində, bu iki komandanın “qardaş” olduğu, eyni “cib”dən maliyələşdiyi çoxlarına bəllidir. Bu gün qələbə “İnter”ə daha çox lazım idi və bu səbəbdən də Zaqatala klubu asan şəkildə “rəqib”inə boyun əydi.

Problem ondadır ki, bugünkü tamaşanın “aktyor”ları işlərinin öhdəsindən çox pis gəldilər. Onlar meydanda naşı “aktyor” təsiri bağışlayırdılar. Hər dəfə “Simurq” rəqib qapısı qarşısına yaxınlaşanda, çaşıb, qol vurmamaq üçün futbolçular topu geri ötürürdülər. “İnter” cəmi 1 dəfə rəqib qapısına ciddi şəkildə hücum təşkil etdi ki, onda da hesab açıldı.

Təbii ki, meydanda futbol əvəzinə teatra baxan azarkeşlər də bu iyrənc durumdan narazı idilər. Azarkeşlədən söz düşmüşkən, PFL-in rəsmi saytında yer alan protokolda fanatların sayı 200 göstərilsə də, rəqəm 10 dəfədən də çox azaldılıb. Çünki bu gün Zaqatala stadionunda təxmənin 2300-2400 azarkeş var idi. “Simurq”un qəsdən rəqibinə uduzması fanatları da özündən çıxarmışdı. Elə buna görədir ki, oyun sona yaxınlaşdıqca azarkeşlər arasında da fikir ayrılığı yarandı. Onlardan bəziləri “Simurq”un acığına “İnter”ə azarkeşlik edirdi. Bu cür yanaşma digər fanatların narazılığına səbəb olurdu.

Uzun sözün qısası, “Simurq” və “İnter” yenə də bütün futbol ictimaiyyətini ələ saldı, zaqatalalı azarkeşlərin əziyyəti isə heç kimin vecinə olmadı. İtirən yenə də Azərbaycan futboludur. Əgər, “Simurq” oyunu rəqibinə “vermişdisə”, yaxşı olardı ki komanda meydana əvəzedici heyətlə çıxardı. “Simurq”un ikinci heyətində forma geyənlərin 90 faizi yerli uşaqlardı və bu oyun heç olmasa, onlara təcrübə qazandırardı.

Bu, Azərbaycan futbolunun “inkişaf”ıdır. Belə iyrənc olayların sayı artdıqca Azərbaycan futbolunun inkişafı da yubanacaq.

Futbolxeber.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31