19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ”: Lənkərana 12-ci səfər

Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşmək uğrunda mübarizə aparan “Qəbələ” XXIX turda “Xəzər Lənkəran”la görüşəcək. Futbolxeber.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yuri Syominin yetirmələri ölkə kubokunun yarımfinalındakı rəqibi ilə səfərdə qarşılaşacaq. Son iki mövsümdə baş tutan 5 qarşılaşmada cəmi 1 dəfə rəqibinə uduzan “qırmızı-qaralar” səfərdə uğur qazanmaq iddiasındadır.

Bu matç rəqiblər arasında ümumilikdə 24-cü oyun olacaq. Premyer Liqada 21, kubokda 2 dəfə üz-üzə gələn komandaların oyunlarında “Qəbələ” 5 qələbə qazanıb. Lənkəran təmsilçisinin hesabında isə 12 qələbə var. Digər 6 qarşılaşmada qalib müəyyənləşməyib. 55 qolun vurulduğu matçlarda cənublular daha məhsuldar olub - 34:21.

“Qəbələ”nin hücumçularından biri Yannik Kamanan “Xəzər Lənkəran”la oyunlarda komanda yoldaşlarından daha çox - 3 dəfə fərqlənib. Son görüşdə dubl müəllifi olan Daniel Subotiç, həmçinin Lyubo Baranin və Turnike Aptsiauri isə hərəyə 2 dəfə cənubluların qapısına qol vurub.

Son 3 Lənkəran səfərində uduzmayan “Qəbələ” uğurlu seriyanı davam etdirməyə çalışacaq. Ümumilikdə isə 11 dəfə duellərə “Xəzər Lənkəran” ev sahibliyi edib. Bu oyunlarda meydan sahibləri 6, qonaqlar 1 qələbə əldə edib. 4 görüşdə isə tərəflər “sülh”lə ayrılıblar. Cənublular evdə 18 qol vurub və 8-ni buraxıb.

Çempionatdakı 21 görüşdə isə “Xəzər Lənkəran” 11, “Qəbələ” 5 dəfə 3 xal qazanıb. 5 dəfə bərabərliklə ayrılan rəqiblərin duellərində 49 qol vurulub. Lənkəranda vurulacaq ilk top bu matçlarda yubiley - 50-ci top olacaq. “Qırmızı-qaralar” 19, “ağ-yaşıllar” isə 30 dəfə fərqlənib.

2006/07. Premyer Liqa

09.12.2006. Xəzər Lənkəran - Gilan (Qəbələ) - 4:0

Rəşad Abdullayev, 17, 67, Zaur Ramazanov, 59, İlqar Qurbanov, 78

2006/07. Premyer Liqa

23.05.2007. Gilan (Qəbələ) - Xəzər Lənkəran - 0:3

Emin Quliyev, 5, Rəşad Abdullayev, 22, Zaur Ramazanov, 41

2007/08. Premyer Liqa

30.09.2007. Xəzər Lənkəran - Qəbələ - 2:1

Zaur Ramazanov, 24, Emin Quliyev, 90+2 - Turnike Aptsiaupi, 39

2007/08. Premyer Liqa

05.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:1

Camal Məmmədov, 73 - Zaur Ramazanov, 8.

2007/08. Azərbaycan kuboku, ½ final

09.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:3

İbrahim Hüseynov, 75 - Zaur Ramazanov, 12, 56, İrakli Vaşakidze, 15-öz qapısına

2007/08. Azərbaycan kuboku, ½ final

23.04.2008. Xəzər Lənkəran - Qəbələ - 1:1

Rahid Əmirquliyev, 79 - Abdulkader Kamara, 35

2008/09. Premyer Liqa

15.11.2008. Qəbələ - Xəzər Lənkəran - 0:1

Rəşad Abdullayev, 48

2008/09. Premyer Liqa

03.05.2009. Xəzər Lənkəran - Qəbələ - 1:2

İvan Çvetkov, 25 - Tornike Aptsiauri, 76 Anatoli Ostap, 79 (pen.)

2009/10. Premyer Liqa

19.09.2009. Qəbələ - Xəzər Lənkəran - 1:1

İqor Melnik, 88 - Mario Souza, 26

2009/10. Premyer Liqa

19.12.2009. Xəzər Lənkəran - Qəbələ - 1:0

Rahid Əmirquliyev, 52

2009/10. Premyer Liqa

12.03.2010. Xəzər Lənkəran - Qəbələ - 4:1

Allan Lalin, 22; 59; Emeka Opara, 75; Denis Kalinkov, 90 - Milan Antiç, 81

2009/10. Premyer Liqa

17.04.2010. Qəbələ - Xəzər Lənkəran - 1:2

Tomaş Stolpa, 37 - Allan Lalin, 9; Emeka Opara, 53

2010/11. Premyer Liqa

07.08.2010. Xəzər Lənkəran - Qəbələ - 1:0

Elvin Beqiri, 75

2010/11. Premyer Liqa

06.11.2010. Qəbələ - Xəzər Lənkəran - 1:0

Lyubo Baranin, 35

2011/12. Premyer Liqa

23.09.2011. Xəzər Lənkəran - Qəbələ - 2:1

Antonio Semedo, 40; Elnur Abdullayev, 64 - Lyubo Baranin, 68

2011/12. Premyer Liqa

21.02.2012. Qəbələ - Xəzər Lənkəran - 2:1

Aleksandr Çertoqanov, 41; Deon Barton, 90+2 - Rahid Əmirquliyev, 26

2011/12. Premyer Liqa

07.04.2012. Qəbələ - Xəzər Lənkəran - 0:1

Branimir Subaşiç, 3

2011/12. Premyer Liqa

05.05.2012. Xəzər Lənkəran - Qəbələ - 1:1

Adrian Pit, 59 - Viktor Mendi, 87

2012/13. Premyer Liqa

21.10.2012. Xəzər Lənkəran - Qəbələ - 1:1

Roberto Alviz, 76 (pen.) - Yannik Kamanan, 22

2012/13. Premyer Liqa

23.02.2013. Qəbələ - Xəzər Lənkəran - 2:0

Yannik Kamanan, 1; 88

2013/14. Premyer Liqa

31.08.2013. Qəbələ - Xəzər Lənkəran - 2:0

Leonardo da Silva, 40; Lorenso Ebesilio, 67

2013/14. Premyer Liqa

10.11.2013. Xəzər Lənkəran – Qəbələ - 0:0

2013/14. Premyer Liqa

15.02.2014. Qəbələ - Xəzər Lənkəran - 2:3

Daniel Subotiç, 25, 65 - Sadio Tounkara, 52; Etame Mbilla, 56, 84




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31