Ölkə futbolu
“Simurq”un serbiyalı legioneri: “Zaqatalada yaşamaq çox çətindir”
“Simurq”un serbiyalı legioneri Draqan Çeran klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Draqan, necə oldu ki, “Simurq”a gəlməyə razı oldun?
- Mövsümün əvvəlində bir çox təkliflərim var idi. Ancaq bir gün menecerim zəng etdi və soruşdu ki, Azərbaycanda oynamaq istəyərsən? “Simurq”dan sənə rəsmi təklif var. Mən də müsbət cavablandırdım və komandanın düşərgəsinə qoşuldum. Danışıqlar apardıq və müqavilə imzaladıq.
- Bu qərarına görə peşman deyilsən?
- Xeyr, əksinə vaxt ötdükcə düzgün qərar verdiyimə əmin oluram. Buradakı vəziyyətimdən çox razıyam.
- Hücumcu kimi oynamaq rahatdır, yoxsa pleymeyker?
- Hücumçudan hər kəs hər zaman qol gözləyir. Bu zaman da, futbolçu üzərində daima təzyiq hiss edir. Ancaq pleymeker oynamaq mənə çox rahatdır. Çünki “Simurq”a qədər karyeram ərzində yalnız o mövqedə oynamışam. Ancaq bura gəldikdən sonra məşqçi mənə hücum xəttində şans verir. Çalışıram ki, bu işin öhdəsində bacardığım qədər gəlim. Oyunlarda göstərir ki, bu mövqedə də pis deyiləm. (gülür)
- Geridə qalan oyunları “Simurq”üçün necə dəyərləndirirsən?
- Bəzi oyunlarda çox yaxşı nəticələr qazandıq, bəzilərində isə yox. Ümumi baxsaq, göstərdiyimiz nəticələrdən heç də razı deyiləm. Hətta elə oyunlarda oldu ki, meydanda rəqibdən üstün oynadığımız halda məğlub olduq və ya heç nədən xal itirdik. Bu da bizə turnir cədvəlində pis təsir etdi. Ancaq ümidsiz deyiləm. Hələ qarşıda bizim səkkiz oynumuz var.
- Artıq mövsümün sonuna yaxınlaşırıq. Karyeranı burada davam etdirmək istəyərsən?
- Hazırda bu məsələ açıq qalıb. Ancaq niyə də olmasın. “Simurq”da özümü çox yaxşı hiss edirəm. Komandada yaxşı insanlar çalışır. Klub prezidentindən və məşqçilərimdən razıyam. Əgər “Simurq” növbəti mövsümdə məni heyətində saxlamaq istəsə, bunu müsbət dəyərləndirəcəm.
- “Simurq”un heyətində ən çox yadında qalan oyun hansıdır?
- Heç bir oyunu unutmaq istəmirəm. Fikrimcə, istədiyim səviyyədə oynamaq üçün geridə qalan qarşılaşmaları yaddan çıxarmamalıyam. Etdiyim səhvləri xatırlayıb, onları düzəltməyə çalışmalıyam. Ancaq belə qalib gəldiyimiz heç bir qarşılaşmanı unutmamışam
- Komandanın ən məhsuldar futbolçususan. Çempionatın sonuna qədər qollarının sayını çoxaltmaqla bağlı hədəfin var?
- Vurduğum bütün qollar mənim yox, bütün komandanın məhsuludur. Əlbəttə, oyunda fərqləndiyim vaxt çox sevinirəm. Ancaq qol vurmaqdan çox, hər zaman komandamızın sonda qazanacığı müsbət nəticəni fikirləşirəm. Mənim üçün əsas hədəf “Simurq”un qələbəsidi.
- Zaqatalada günlərin necə keçir?
- Düzün desək, Zaqatalada yaşamaq çox çətindir. Ancaq biz professionalıq. Buna görə də, ancaq futbol haqqında düşünməliyik və bütün diqqətimizi buna yönəltməliyik.
- Azərbaycan yeməkləri ilə aran necədir?
- Yeməkləriniz çox yaxşıdır. Böyük əksəriyyətini bəyənirəm.
- Azərkeşlərimiz haqqında nə deyərdin?
- Onlar möhtəşəmdirlər. Harda oynamağımızdan asılı olmayaraq gəlib bizi dəstəkləyirlər. Hər bir qələbəmizdə onların rolu böyükdür. Buna görə təşəkkür edirəm və bizi daima dəstəkləmələrini istəyirəm
- Səncə “Simurq” mövsümü necənci pillədə başa vuracaq?
- Biz hələ Avroliqaya düşmək şanslarını itirməmişik. Buna görə də, son oyuna qədər mübarizə aparacayıq. Qarşıda səkkiz tur var və bu görüşlərdən maksimum xal toplamağa çalışacağıq. Bu futboldur. Hər şey ola bilər. Həvəsdən düşməməliyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Zirə” və “Birbaşa Bakı”dan növbəti qələbə
- Azərbaycan derbisinə sözardı
- ETOPAZ-ın baş sponsorluğu ilə şirkətlər liqası minifutbol turniri start götürüb
- Fariz Nəcəfov: “Razı olmaram ki, “Qəbələ”yə görə idman prinsipləri pozulsun”
- “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub
- Qurban Qurbanov: “Bu gün meydanda xalqın layiqli komandası var idi”
- “Zirə”dən alqışlanası addım
- Azər Əliyev: "Qarabağ" əsl xarakter nümayiş etdirdi"
- Onlar işinin ekspertidir
- “Qarabağ”la Bakıda oynamaq “Barselona” ilə qarşılaşmağa bərabərdir”
- Sxadadze: “Qəbələ” kimi klub Premyer Liqanı tərk etməməlidir”
- Elxan Məmmədov “Reuters”ə danışdı: “Yeni təcrübə imkanı qazanacaqlar”
- Elmar Baxşıyev istefa verdi
- ETOPAZ - uduşun təminatı!
- Elşad Quliyev: “Xalqımız Avropa çempionatında daha güclü Azərbaycan millisi görəcək”
-
18:58
"Qarabağ"ın legioneri 5 il yarımdan sonra milliyə dəvət aldı
-
18:40
4 klub cərimələndi
-
18:34
AFFA danışılmış oyunlarda iştiraka görə 4 nəfəri futboldan ömürlük uzaqlaşdırdı
-
18:13
AGF-nin baş katibi Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
-
17:55
Azərbaycan millisi Dünya Kubokunda 10-cu yeri tutub
-
17:41
II Liqa: Ev sahibləri üçün uğurlu gün
-
17:22
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə təmizlik aksiyası həyata keçirib
-
17:06
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
-
16:54
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
-
16:37
“Neftçi” - “Spartak” oyununun biletləri satışda
-
16:19
Azərbaycanın cüdo hakimləri beynəlxalq yarışları idarə ediblər
-
16:00
Elvin Bədəlov: “Sona qədər hansı komanda təzyiqə dözəcəksə, o da avrokuboklara yollanacaq”
-
15:28
Azərbaycan həndbol çempionatı: liderlərdən heç-heçə
-
15:15
Lunyov Rusiya millisinin düşərgəsinə qoşuldu
-
14:43
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda 10 medal qazanıblar
-
14:31
"Traktor" yenidən üçüncü pillədə
-
13:52
"Qəbələ" mövsümün rekorduna imza atıb
-
13:24
"Neftçi" - "Spartak" oyununun başlama saatı açıqlanıb
-
13:16
“Ağ-qaralar”ın “Black Friday”i
-
13:07
Pelleqrini "Roma"ya qələbə qazandırdı VİDEO
-
12:49
Tovuzda mövsümün üçüncü ən yaxşı göstəricisi qeydə alındı
-
12:35
"Fənərbaxça" Trabzondan 3 xalla qayıtdı VİDEO
-
12:28
"Neftçi"nin ilk böyükhesablı qələbəsi
-
12:13
"Borussiya"dan əzmkar qələbə VİDEO
-
12:00
Üzgüçülük üzrə uşaq liqasının mərhələ yarışları keçirilib
-
11:52
"Barselona" "Atletiko"ya qalib gəldi VİDEO
-
11:41
U-21-in İngiltərə və Ukrayna ilə oyunlar üçün heyəti açıqlandı
-
11:26
"İnter" qələbəni əldən verdi VİDEO
-
11:17
"Qarabağ" XXI əsrin rekorduna imza atıb
-
11:04
PSJ 3 xalı 6 qolla qazandı VİDEO
-
10:58
Azərbaycan gimnastları “AGF Trophy” turnirinin son günündə 13 medal qazanıblar
-
10:49
"Bayer" yenə 3:2-yə sevindi VİDEO
-
10:35
“Səbail”in müdafiəçisi: “Qarabağ”a keçmədiyim üçün peşman deyiləm”
-
10:22
"Qalatasaray"ın əzmkar qələbəsi VİDEO
-
10:14
Azərbaycan atıcısı beynəlxalq turnirdə medal qazanıb
-
10:06
"Milan" səfərdə qələbə qazandı VİDEO
-
09:57
Azərbaycanın daha iki gimnastı Niderlandda qızıl medal qazanıb
-
09:43
"Yuventus" öz meydanında büdrədi VİDEO
-
09:30
Rahilin komandasından heç-heçə
-
22:15
Samir Abasov: "Mövsümün sonunda hansı yerdə olacağıqsa, o da bizim hədəfimizdir"
-
21:43
Musa Qurbanlının komandası finalda
-
21:28
Azərbaycanın iki gimnastı Niderlandda qızıl medal qazanıb
-
21:00
"Qarabağ" və "Sabah" qalib gəldi
-
20:31
“Kəpəz”in kapitanı: “Turnir cədvəlində “Araz-Naxçıvan”ı keçmək istəyirik”
-
20:17
Azərbaycan karateçisi Türkiyədə bürünc medal qazanıb
-
20:00
Coşqun Diniyev oynadı, komandası sonda sevindi
-
19:42
"Qarabaö" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:25
Ayxan Abbasov: “Dördüncü dövrə hər kəs üçün çətin olacaq”
-
18:59
Qurban Qurbanov İcraiyyə Komitəsinə qayıda bilər: “Bəzən küsürsən, inciyirsən, amma...”
-
17:04
AFFA-dan “İrəvan” klubu ilə bağlı yeni qərar