19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Əmrah Çəlikəl: "Rəşad Sadıqovun "Qarabağ"la müqaviləsi formal olacaq”

“Qarabağ" klubunun direktoru Əmrah Çəlikəlin müsahibəsi

 

- Mövsümün sonunda "Qarabağ"la müqaviləsi bitəcək futbolçularla danışıqlar nə yerdədir?

- Hazırda az sayda futbolçularımızın müqaviləsi sona yaxınlaşır. Onlarla danışıqlarımız davam edir və yaxın günlərdə müsbət nəticələnəcək.

- Komandanın təcrübəli futbolçusu Rəşad Sadıqovun da sözləşməsi mayda başa çatacaq. Kapitanla indidən razılıq əldə olunduğunu demək olar?

- Rəşad "Qarabağ"a ürəkdən bağlıdır. Onsuz da onun müqaviləsi formal xarakter daşıyacaq. Mövsümün sonunda kapitanımızla yeni razılaşma əldə edəcəyik. Biz ona inanırıq, o da bizə. Rəşadla münasibətlərimiz tam başqa cürdür. Onun həm kapitan kimi komandada öz yeri, həm də Rəşadla klub arasında möhkəm bağlılıq var.

- Ola bilərmi Rəşadın 32 yaşı olduğuna görə onunla uzunmüddətli deyil, bir illik müqavilə imzalansın?

- Rəşadın nə qədər gücü varsa, "Qarabağ"da oynayacaq. Bilirəm ki, onun ürəyi "Qarabağ"dadır. Buna görə bizim də ona qarşı fikrimiz müsbətdir.

- Bəs, komandadan ayrılacaq futbolçuların adı dəqiqləşib?

- Bu məsələlərin hamısını baş məşqçimiz Qurban Qurbanov həll edir. Hazırda bütün diqqətimizi çempionata yönəltmişik. Mövsümün sonunda bu işlərlə məşğul olacağıq.

- Əsasən hücum xəttində çıxış edən bəzi futbolçular heyətə düşə bilmirlər. Kapolonqo, Gelaşvili və Dvalinin mövsümün sonunda komandadan göndəriləcəyini demək olar?

- Bəli, göndərilənlər olacaq. Ancaq hələ ki, ad açıqlamaq istəmirik.

-  Gələn mövsümdən klublarımız milli çempionatda ən azı beş yerli futbolçu ilə oynamalıdır. Buna görə "Qarabağ"ın azərbaycanlı  futbolçulara üstünlük verəcəyi gözlənilirmi?

- Təbii ki, bu barədə baş məşqçimiz düşünür və lazımi heyəti qurmağa çalışır. Hazırda maraqlandığımız yerli futbolçular var. Ancaq hələ ki, rəsmi heç nə yoxdur.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31