29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Azərbaycanda oyunçuların aldığı məvacib Türkiyədə futbolçuların qazandığı pula çox yaxındır”

“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar Türkiyənin "Doğan" xəbər agentliyinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- İlk öncə Azərbaycan Premyer Liqası haqda fikirlərinizi bilmək istərdik.

- Burada yüksək səviyyəli bir neçə klub var. Çempionatda çox yaxşı futbolçular oynayır. Türkiyə superliqasında çıxış edə biləcək gücdə futbolçular var.  İtaliya A seriyasında, Braziliyada oynamış oyunçular hazırda futbolçu karyeralarını Azərbaycanda davam etdirirlər.

- Mustafa Dənizli ilə eyni liqada mübarizə aparmaq necə bir hissdir?

- Türkiyədə də onunla eyni liqada çalışmışıq.  Azərbaycan bizim ikinci vətənimizdir.  Onunla çox görüşmürük. Çünki o, Bakıdan uzaqda işləyir. Bir müddət keçdikdən sonra daha tez-tez görüşəcəyik.

- Azərbaycanda futbolçuların gəliri necədir?

-  5-6 klubda verilən maaşlar yaxşıdır. Bir sözlə, buradakı oyunçuların aldığı məvacib Türkiyədə futbolçuların qazandığı pula çox yaxındır.

- Azərbaycanın paytaxtı Bakı haqda nə deyərdiniz?

- Bakı gözəl şəhərdir. İşlədiyim üçün gəzməyə hələlik vaxtım olmur. Amma burada yaxşı restoranlar və kafelər var. Buna görə də Bakıya gələn futbolçular bura uyğunlaşmaqda heç bir çətinlik çəkməyəcək.

-Türkiyədən futbolçu transfer etməyi düşünürsünüz?

- Hələlik belə bir fikrim yoxdur. Hazırkı heyətlə nələr edə bilərik, onu düşünürəm. Qarşıda Azərbaycan kubokunda matçımız var. "Neftçi" kimi güclü və səviyyəli bir rəqiblə oynayacağıq. Bu səbəbdən transfer düşünmürəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31