20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Fuad Bayramovun "İnter"in tarixində 70-ci oldu

 

Premyer Liqanın 26-cı turu çərçivəsində keçirilən “Qarabağ” - “İnter” matçı bir sıra maraqlı statistik göstəricilərlə də yadda qaldı. Futbolxeber.az-ın məlumatına görə, bu oyunda qol vurmuş Fuad Bayramov Azərbaycan çempionatlarının tarixində fərqlənən “İnter”in sayca 70-ci futbolçusu olub. Xatırladaq ki, Azərbaycan Çempionatında “İnter”in ən yaxşı bombardiri aktivində 28 qol olan uruqvaylı Valter Quqlemondur. 22 qolla Xaqani Məmmədov fərqlənib, 17 topun müəllifisə Robertas Poşkus olub. Hazırda “İnter”in heyətində çıxış edən futbolçular arasında ən çox qol Baçana Tsxadadzenin aktivindədir - 15. Gürcü forvardı 14 qolla Petar Zlatinovu izləyir. Vladimir Levinin və Nizami Hacıyevin aktivində 11 qol var.
 
Qeyd edək ki, 2004-cü ildən etibarən “İnter” çempionat çərçivəsində 258 oyun keçirib. Komanda bu oyunlarda 141 qələbə əldə edib, 70 heç-heçəyə imza atıb və 47 məğlubiyyətlə barışıb. Bu qarşılaşmalarda “İnter” 359 dəfə rəqib qapısından top keçirib və 174 top da qapısından buraxıb.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30