20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AZAL-ın yeni məşqçisi “İnter”dən gedişini şərh etdi

“İnter” PİK U-19 komandasının baş məşqçsi Vadar Nuriyevlə vidalaşıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, V.Nuriyev “İnter” U-19 komandasına mövsümün əvvəlindən rəhbərlik etməyə başlamışdı, bundan öncə klubun müxtəlif yaş qruplarıyla çalışmışdı. V.Nuriyev klubla vidalaşmasını belə şərh edib: “Bilirsiniz, “İnter” mənim üçün xüsusi klubdur. Mən uzun müddət burada çalışmışam və bu müddət ərzində hamıyla yaxşı münasibətlərim formalaşıb. Bu yaxınlarda AZAL klubunun əsas komandasının məşqçilər heyətində çalışmaq təklifini aldım. “İnter”in rəhbərliyi məni buraxdı və buna görə minnətdarlığımı bildirirəm. Xoşdur ki, məni anladılar. Mənə göstərilən etimada görə klub rəhbərliyinə təşəkkür edirəm və “İnter”ə uğurlar arzulayıram”.

Xatırladaq ki, “İnter” U-19 komandasının yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30