23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Turan"la matç "Xəzər Lənkəran"ın tarixinə düşdü

 

Topaz Premyer Liqasının XXVI turunun “Turan”la oyunundakı heç-heçə “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar oldu. Futbolxeber.az-ın məlumatına görə, bu qarşılaşmadakı 2:2 komandanın Azərbaycan çempionatlarında 75-ci bərabərliyidir. Premyer Liqadaki 9-cu mövsümündə 259-cu matçına çıxan “ağ-yaşıllar” bu görüşədək 74 dəfə “sülh” bağlamışdı.
 
Maraqlıdır ki, bu oyunadək heç-heçələrin yarısı evdə, yarısı səfərdə qeydə alınmışdı. Evdə 37 bərabərliyi olan “Xəzər Lənkəran” səfərdə 38-ci dəfə 1 xal qazanmaqla bu bərabərliyi pozdu.
 
“Xəzər Lənkəran” 2010/11 mövsümündə daha çox heç-heçə edib – 12 dəfə. 2009/10 mövsümündə 11, 2007/08-də 10, cari çempionatda və 2005/06-da 9, 2011/12-də 8 “sülh” qeydə alınıb. 2004/05 – 6, 2006/07 və 2008/09 mövsümlərində isə cəmi 5 bərabərlik olub.
 
Baş məşqçilər arasında daha çox heç-heçə Ağasəlim Mircavadova məxsusdur – 26. Digər mütəxəssislərdən Mirça Rednik 16. Yunis Hüseynov 7, Viktor Pasulko 6, Rasim Kara 5, Nazim Süleymanov 4, İqor Ponomaryov 3, Karles Martorell, Con Toşak hərəyə 2, Emin Quliyev, Hafiz Əliyev, Şenol Fidan, Cüneyt Biçər hərəyə 1 bərabərlik görüb.
 
“Xəzər Lənkəran” 19 rəqibi ilə bərabərə qalıb. Komanda daha çox paytaxt klubları ilə heç-heçə edib. “İnter”lə 12, “Bakı” ilə 11, “Neftçi” ilə 10 dəfə “sülh”ə imza atan “ağ-yaşıllar” digər 16 komandadan heç biri ilə 5 dəfədən çox heç-heçə etməyib: “Simurq” 5, “Turan”, AZAL, “Qarabağ”, “Qəbələ” 4, “Karvan”, “MKT Araz”, “Rəvan”, “Standard” 3, “Göyəzən”, “Sumqayıt” 2, “Kəpəz”, “Gənclərbirliyi”, MOİK, “Muğan” və ABN 1. 

lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30